Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan mediası səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb”

"Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb"


Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov prezident seçkilərində medianın iştirakı ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında təbliğat xarakterli 1051 material yayımlanıb: "Yayımlanan materialların sayı kifayət qədər çoxdur. Mətbuat Şurası tərəfindən əsasən təbliğat xarakterli materialların monitorinqi aparılıb. "Sükut günü"ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib".
 
Ə. Amaşov qeyd edib ki, prezidentliyi namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb: "Televiziyalarda prezidentliyə namizədlər haqqında əsasən müsbət və bitərəf materiallar işıqlandırılıb. KİV-lər prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər".
  
MŞ sədri əlavə edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə 1 müraciət daxil olub. “İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar".(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar