Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan manatına bu qədər hörmətsizlik göstərilirsə...”


Bir aya yaxındır ki, banklar dollar satışını dayandırıb


Vətəndaşlar dollar almaq üçün qara bazara üz tutur.

 Ancaq qara bazarda da dollar rəsmi məzənnədən baha qiymətə satılır. Bundan əlavə, dövlət qara bazarda dollar satanlara qarşı əməliyyatlar keçirir.

Banklar hərracdan lazım olan qədər olmasa da dollar alır, ancaq bunu satışa çıxarmır. Bankların hərraclardan əldə etdiyi vəsaitin isə qara bazara çıxarıldığı deyilir.

Ölkədəki dollar qıtlığı, bunun səbəbləri barədə AXCP sədr Razi Nurullayev Ölkə.Az-a danışıb:

"Ölkədə neçə aylardır ki, dollar qıtlığı var. Bu dollar qıtlığı xalqı narahat etməkdədir. Hətta müalicəyə gedən insanlar belə dollar almaqda çətinlik çəkirlər. Bu böyük bir problemdir.

Eyni zamanda, biz eşidirik ki, 10 milyonlarla dollar vəsaiti qara bazarda dəyişən müəyyən şəxslər həbs edilib. Artıq Dövlət Təhlükəsizlik Xidməti 3 mütəşəkkil cinayətkar dəstəni həbs edib. Həbs olunanlar 10 milyonlarla dolları qara bazarda dəyişməkdə günahlandırılırlar. Bundan əvvəl isə "Azərbaycan Beynəlxalq bankı"nın və "Azərtürk" bankın rəhbərləri dəyişdirildi. Deyilməsə də, biz bilirik ki, məhz onların rolu ilə 100 milyonlarla dollar vəsait qara bazarda dəyişdirilib. Büdcəyə, banklara böyük ziyan vurulub, insanlara qarşı çox böyük haqsızlıq edilib. Belə olan halda dolları haradan tapıb almaq olar? Əgər bank dolları vətəndaşa satmırsa, onu qara bazarda satıb daha çox pul qazanmaq istəyirsə və ölkədəki sosial vəziyəti daha da çətinləşdirmək istəyirsə, aylarla buna göz yumanlar olubsa, təbii ki, vəziyyət bundan da daha ağır olacaq. Hələki baş verənlərin qarşısının alınması üçün ciddi addımların atıldığını görmürəm. Buna görə də, 2017-ci ildə dollarla bağlı məsələnin daha da qəlizləşəcəyini düşünürəm.

Yanvar ayından üzən məzənnəyə keçid baş verməyəcək. Düşünmürəm ki, üzən məzənnəyə keçid üçün vacib addımların hamısı- banklar sağlamlaşdırılacaq, lazım olan bütün addımlar atılacaq.

Dollar qıtlığının daha bir vacib səbəbi də var. Artıq buna tam əmin oldum. Nəyə görə həmişə noyabr, dekabr aylarında dollar qıtlığı yaranır? Bu eyni zamanda 1 dollar 0.78 manat olanda da baş verirdi. Bütün nazirliklər, büdcə təşkilatları özlərinin hesablarında olan vəsaiti sıfırlamağa çalışırlar. Onlar əslində o vəsaiti bərabər miqdarda aylara bölüb xərcləməli idilər. Ancaq vəsait kifayət qədər qalır, xərclənmir, özlərinin dədə malı kimi bank hesablarında saxlayırlar. Samir Şərifov bir nümunəni parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı dedi, elmin inkişaf fondunda artıq iki ildir ki, kifayət qədər vəsait yığılıb, ildən ilə ötürülür və xərclənmir. Digər bir tərəfdən, Azərbaycanda kifayət qədər alim var ki, pulsuzluqdan gileylənirlər. İxtiraçılar var ki, öz ixtiralarını başqa ölkələrə satırlar. Bunu ona görə edirlər ki, onlar öz ixtiralarını yerinə yetirmək üçün vəsait tapmırlar.

Birbaşa dövləti təmsil edənlər manatdan imtina edir və pullarını dollara çevirirlər. Əlacları olsa büdcə təşkilatları dövlətdən dollarla pul istəyər. Əgər Azərbaycan manatına bu qədər hörmətsizlik göstərilirsə, təbii ki, manatın da aqibəti belə olmalıdır".

PİA.aZ Razi Nurullayevlə olan video müsahibəni təqdim edir:

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar