Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan gəncləri kreativ düşüncələri ilə fərqlənirlər”


“Dünya Skaut Konfransının Bakıda təşkil olunması Azərbaycanda bu sahənin inkişafına təkan verəcək”


“Ölkənizin geniş turizm potensialı var. Səfər çərçivəsində QəbələBakı ilə yaxından tanış olub. Burada gördüklərim məni heyran etdi”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Kamerunun Gənclərlə İş və Vətəndaş Təhsili Nazirliyinin rəsmisi Luk Valere Nko`O Zeh deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq deyib: "Azərbaycan gənclərinin fəaliyyəti ilə maraqlanmaq imkanım oldu. Ölkə gəncləri kreativ düşüncələri, potensialları, yüksək intellektləri və dünyagörüşləri ilə fərqlənirlər. Sevindirici haldır ki, Azərbaycan Skaut Assosiasiyasında da bacarıqlı gənclər toplaşıb. Könüllülərin işini də xüsusi qeyd etməliyəm. Çünki onların əməyi olmadan heç bir irimiqyaslı tədbirin təşkilindən söhbət gedə bilməz. Azərbaycan könüllüləri yüksək qonaqpərvərlikləri, gülərüzlükləri və intellektləri ilə seçilirlər".

"Bakı sanki xəyallarımın şəhəridir. Özümü burada çox rahat və xoşbəxt hiss edirəm. Şəhərin quruluşu, möhtəşəm binalar, paytaxtınızın gözəlliyi və qonaqpərvər insanlar məni yenidən Azərbaycana qayıtmağa həvəsləndirir. Bir sözlə, Azərbaycandan xoş təəssüratlarla qayıdacağam", - deyə Luk Valere Nko`O Zeh əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar