Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan futbolunda haqsızlıqlar çoxdu”

PİA.AZ futbol mütəxəssisi Nadir Qasımovun apasport.az saytına müsahibəsini təqdim edir


- Hazırda nə iş görürsünüz? Futbolsuz günləriniz necə keçir?

- Hazırda nəvəmlə məşğulam. Nəvəm Nadir zədəli olduğu üçün U-19-larla birlikdə İrlandiyaya gedə bilmədi. Artıq 3 ildi işləmirəm. “Şuşa Qarabağ” komandası dağılandan sonra Nadir Qasımov Azərbaycan futboluna düşmən kəsilib.
 
- Sizi axtaran da yoxdu?

- Xeyr. Bizim yaşımızdan, biliyimizdən istifadə edən yoxdu. Maşallah, hamısı ağıllıdı, işini biləndi. Buna görə də bizə müraciət olunmur. Hərdən darıxanda “İnter Arena”ya gedirəm, birlikdə işlədiyim uşaqlarla görüşüb söhbətləşirik. Bu tərzdə həyat sürürük.
 
- İşsizlik maddi cəhətdən problem yaratmır?

- Əlbəttə yaradır. Respublikanın əməkdar məşqçisiyəm. Allah qoysa, 68 yaşım tamam olacaq. Ancaq nədənsə AFFA-da mənə təqaüd vermək barədə fikirləşmirlər. Nə vaxt zəng vururam, deyirlər ki, AFFA İcraiyyə Komitəsinin iclasında adınızı verəcəyik. Halbuki, vaxtilə aşağı yaş qrupu komandamız Ermənistanla oynayanda hamı qaçıb gizləndi, Nadir Qasımov sinəsini irəli verdi. Təəssüf ki, Azərbaycan futbolunda haqsızlıqlar çoxdu. Keçmişini unutmaq istəyən adam gələcəyini görə bilməz. Hər hansı bir işdə buraxılan səhvləri yadda saxlamaq lazımdı ki, gələcəkdə təkrarlamayasan.
 
- Bəlkə işsiz qalmağınız klubların azlığı ilə əlaqəlidi?

- Bu öz yerində. “Qarabağ”, “Qəbələ” kimi 4-5 komanda olsaydı, çempionatda gərginlik yaranardı. Futbolumuzun da inkişafı addım-addım irəli gedərdi. Ancaq indi çempionatımızda gərginlik çox azdı. “Qarabağ”a, “Qəbələ”yə sinə gərəcək komandalar çox azdı.
 
- Təklif olsa, yenidən aşağı yaş qrupu komandalarında işləyərsinizmi?

- Niyə işləmirəm? U-17-də, U-19-da çalışmışam. Futbolla yaşayan adamam. Heç vaxt seçim etməmişəm. Harda iş varsa, özümü irəli vermişəm. Heç bir sponsor deyə bilməz ki, Nadir Qasımov qarşıma şərtlər qoyub. Lakin bu gün yaşımızı çox görürlər.

- Aşağı yaş qruplarından söz düşmüşkən, U-17 yığmamız Avropa çempionatının seçmə mərhələsinin ilk matçında İrlandiyaya 0:6 hesabı ilə uduzdu. Sizcə, bu uğursuzluq nədən qaynaqlanır?

- İndi kimi dindirirsən, deyir ki, klubumun akademiyası var. Akademiyalarda işlər yaxşı getmir, uşaqlar lazım olan məşqləri keçmirlər. 6 yaşda hansı məşqləri keçirlərsə, 9 yaşda da onu təkrarlayırlar. Amma ardıcıllıq ildən-ilə getməlidi. Seçmə mərhələlər də göstərir ki, 19 yaşadək olan komandalarımız heç bir rəqibə sinə gərə bilmirlər. Halbuki, mənim dönəmimdə İtaliya ilə səfərdə heç-heçə etmişdik. O vaxt İtaliya mətbuatında da yazmışdılar ki, heç bir tanınmış futbolçusu olmayan Azərbaycan komandası İtaliya yığması ilə matça diktə etdi.
 
- U-19 yığmamız da Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupu son pillədə tamamladı. Gənclərimizin zəif çıxışına nəzər salsaq, demək olarmı ki, yaxın 10-15 ildə futbolumuz yerində sayacaq?

- Hansısa işi quranda, onun bünövrəsini möhkəm qoymaq lazımdı. Bu gün nə Avropa səviyyəsində meydançalarımız, nə də bazalarımız var. Bunlar futbolumuzun inkişafına çox təsir edir. İki stadion tikən kimi, bununla öyünürük. Ancaq onların nə hovuzu, nə də trenajor zalı var. Uşaqlar saat yarım məşq keçib, gedirlər. Halbuki futbol çoxşaxəli olduğu üçün orda idmanın bütün növlərindən istifadə edirlər. Qidalanma çox zəifdi. Hesab edirəm ki, uşaq futbolunu idarə edən şəxslər bu barədə yaxşı düşünməlidilər. Uşaq futboluna barmaqarası baxırlar, fikirləşmirlər ki, onlar bizim gələcəyimizdi.
 
- Gənclərin indiki durumu əsas millinin gələcəyi üçün ümid verirmi?

- Xeyr. 20 ildən çoxdu çempionatımız keçirilir, ancaq hələ də kimlərisə milliləşdiririk. Bu müddətdə bizim lazımi qədər futbolçumuz olmalı idi. Şimali İrlandiyanın, Portuqaliyanın, Slovakiyanın elə çox böyük əhalisi yoxdu ki. Sadəcə, bu işə daha həvəslə və ciddi yanaşmaq lazımdı.
 
- Əsas yığma ilə yanaşı, aşağı yaş qrupu komandalarımızda da milliləşdirilmə var. Buna baxmayaraq, nəticə yenə ürəkaçan deyil...

- Mənim vaxtımda mərkəz müdafiəçisi problemi var idi. O vaxt milliləşdirməyə qəti şəkildə qadağa qoymuşdular. Ancaq xaricdə yaşayan bir azərbaycanlı tapdım. Daha doğrusu, İqor Ponomaryov məsləhət gördü. Böyük dava-qırğından sonra həmin oyunçunu komandaya cəlb etdim. İndi 4-5 nəfəri birdən gətirirlər. Gəlmə oyunçu gərək bizimkilərdən səviyyəli olsun.
 
- Əsas millinin hədəfi AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdı. Robert Prosineçki də yığmadan gedəcəyini söyləyib. Sizcə, komandamızı bu hədəfə hansı məşqçi çatdıra bilər?

- Prosineçkinin işi göz önündə idi. Ona elə çox vaxt da ayırılmamışdı. Yığma klublardan asılıdı. Klublarda futbolçu yoxdusa, 10 Prosineçki də gəlsə, xeyri yoxdu. Belə çıxır ki, kimlərisə milliləşdirib, 11 oyunçu tapıb meydançaya buraxmalıyıq. Əgər Avropa çempionatı barədə düşünürüksə, gərək bu addıma əl ataq. U-17, U-19, U-21 yığmalarımız bu gün göz qabağındadı. Elastik, sürətli, futbolu bacaran uşaqlar çox azdı. Elə hesab edin ki, mən yığmanın baş məşqçisiyəm və bütün oyunçularımızı tanıyıram. Əgər Azərbaycanda istənilən səviyyədə futbolçu yoxdusa, nə edə bilərəm? Biz Avropa sürətindən çox geri qalırıq. Fiziki durum, boy-buxun normal olmalıdı. Bunun üçün ilk növbədə klublar inkişaf etməlidilər. Avropa səviyyəsindəki seminarlara qatılmalıdılar. Kimdənsə öyrənmək ayıb deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar