Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan fövqəladə vəziyyətlərdə həmişə bizə dəstək olub”


İran səfirliyinin sözçüsü Azərbaycan vilayətlərindəki fəlakətlə bağlı “Yeni Müsavat”a danışdı; Məmmədrza Nəcəfi: “İranın kifayət qədər imkanları var, çox minnətdarıq”


İranın Azərbaycan vilayətlərində baş verən dəhşətli sel fəlakəti Azərbaycan Respublikasında da üzüntü ilə qarşılanıb. 

Azərbaycan türklərinin həlak olduğu, itkin düşdüyü, maddi zərər çəkdiyi bu fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi təşəbbüsü ilə çıxış edənlər, qardaşlarımızın yanında olmağımızı təklif edənlər də az deyil. Ancaq bu da var ki, belə məsələlər dövlətlər arasındakı razılaşma və ya müraciət əsasında reallaşır. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi ilə müsahibəmizdə bu barədə də danışdıq. 

- Məmmədrza bəy, İranda baş verən təbii fəlakət qurbanları ilə əlaqədar sizə dərin hüznlə başsağlığı veririk. Faciə ilə əlaqədar səfirliyə müraciətlər, ziyarətlər olurmu? Səfirlikdə xatirə kitabı açılıbmı?

- Çox sağ olun, Allah sizlərdən razı olsun. Bu faciə ilə əlaqədar çoxları zəng edib, başsağlığı veriblər, sağ olsunlar. Biz bu yaxınlarda eks-prezidentimiz Ağaye-Rəfsəncani üçün xatirə kitabı açmışdıq. Amma İranda təbii fəlakətlər çox olur. Bu hadisə bizim ali rəhbərimizi də çox narahat edib və bizim azərbaycanlı dostlara başsağlığı verdi. Təbii fəlakətlər çox olduğu üçün səfirlikdə xatirə kitabı açmadıq. Ancaq dövlət səviyyəsində zəruri işlər görülür.

- Lakin sel-daşqınlardan əziyyət çəkənlər, yaxınlarını itirən azərbaycanlılar lazımi işlərin görülməməsindən, hökumətin laqeydliyindən şikayətlənir. Bu barədə nə deyə bilərsiniz? İran hökuməti insanları bu acınacaqlı vəziyyətdən xilas etmək üçün hansı işləri görür?

- Siz yaxşı araşdırsanız, görərsiniz ki, İran təbii hadisələrdə, fövqəladə hallarda çox güclü bir dövlət olduğunu isbat edib. Ancaq bu hadisə elədir ki, 1-2 saat ərzində sel gəlir, adamları aparır, sonra onların axtarışı, tapılması üçün məlumatlar verilməlidir. Lazımi işlərlə bizim ordu və digər orqanlar məşğuldur. Çox dövlətlər bu kimi hadisələrin qabağında dura bilməzlər. Amma İran bu sahədə də güclü dövlət olduğunu təsdiqləyib. Təbii ki, o hadisələrdə ailələrini, yaxınlarını itirən adamlar istəyir ki, sel aparan şəxsləri tez tapsınlar. Ancaq mənim bildiyimə görə, baş verən hadisəyə ali səviyyədə reaksiyalar olub. Bizim ali rəhbərimiz göstərişlər verib, işlər görülür. Yəqin ki, həm vətəndaşlar, həm də dövlət səviyyəsində lazımi işlər görülür.

- Əgər işlər görülürsə, onda İran parlamentində hökumətə ünvanlı etirazları necə başa düşək? Hər halda, azərbaycanlı millət vəkilləri də xilasetmə tədbirlərindən razı qalmadıqlarını dedilər.

- Bununla bağlı bir deputat danışıb. Gərək o, öz məntəqəsində lazım olan işləri görsün, özü görsənsin. Zəruri işlər görülür. Bilmək lazımdır ki, 30 təbii fəlakət varsa, onun 27-si İranda baş verir. Belə olan təqdirdə dövlətin gördüyü işlərdən narazılıqların olması mümkündür. Millət vəkilinin də vəzifəsidir ki, bu barədə fikirlərini səsləndirsin.

- Təbii fəlakət əsasən Azərbaycan vilayətlərini əhatə etdiyi üçün həlak olanlar da azərbaycanlılardır..

- İran deyək. İranın Azərbaycan bölgəsi həmişə inqilaba dayaq olub və bizim böyük adamlarımız ordandır. Bunlar böyük din alimlərimiz Əllamə Təbatəbai, Əllamə Ərdəbili, Ayətullah Ərdəbili, Ayətullah Xameneidir. Yəni işlər görülür, yəqin ki, İran 1-2 günə bütün işləri başa çatdıracaq.

- Təbii fəlakətin qurbanları barədə dəqiq rəqəm varmı?

- 40-dan çox adam həlak olub.

- Azərbaycanda təkliflər səslənir və hesab olunur ki, fəlakətdən zərər çəkənlərə humanitar yardım göstərilməsi yaxşı olardı. Ancaq bunun üçün dövlətin müraciəti lazımdır. İran dövləti Türkiyə və Azərbaycandan qardaş yardımı gözləyirmi?

- Axı bu, elə böyük bir iş deyil ki. Sel 2-3 saatlıq olub, keçib, gedib.

“Biz istəyirik gəliş-gediş çox olsun”

- İran böyük dövlətdir. Amma dünyada yardımlaşma ənənəsi var. Üstəlik, insanlara ciddi ziyan dəyib...

- Iranın kifayət qədər imkanları var, çox minnətdarıq. Azərbaycan Respublikası zəlzələ baş verəndə də, digər fövqəladə vəziyyətlərdə də həmişə bizə dəstək olub. Bütün adamlar bir candandır və biz Adəm övladıyıq. İranAzərbaycan bütün sahələrdə bir-birinə dəstək olub, olacaqlar da.

- Belə başa düşdüm ki, Tehran yardım üçün Bakıya müraciət etmək niyyətində deyil, eləmi?

- Yox. Həm ordakı insanların özləri çox qeyrətli camaatdır, həm də İran dövləti çox güclüdür. Orada vəziyyət elə deyil ki, texniki, ya başqa problemlər olsun. 2-3 saatlıq sel gəlib, bitib.

- Amma internetdə kadrlara baxdıq, sadə camaat hökumətdən şikayətlənir, hətta palçığın içərisində qalmış meyitləri öz güclərinə çıxarırdılar...

- Siz gərək bunu nəzərə alasınız ki, hansısa hadisə baş veribsə, gərək telefon əlaqələri yaradılsın, yaxud lazımdırsa, helikopter gəlsin. Hesab edirəm ki, artıq bu məsələlər bitib.

- Yeri gəlmişkən, İranda prezident seçkilərinin gərgin vaxtıdır. Siz hansı nəticəni gözləyirsiniz?

- Bilirsiniz ki, keçmiş prezidentimiz Həsən Ruhani çox demokratik seçkilər nəticəsində qalib gəlmişdi. Bu dəfə də çoxsaylı namizədlər var, inşallah, yenə də demokratik nəticələr olacaq. Seçkilərə də maraq çox böyükdür.

- Siz özünüz hansı bölgədənsiniz?

- Mən Gilan ostandarlığındanam. Elə astaralıyam. Gilanın mərkəzi də Rəştdir. Bu tərəfdən, Astara keçidindən keçirsən, mən də o tərəfki Astaradanam.

- Dəmir yolu açılandan sonra gediş-gəliş daha asan və rahat olar...

- İnşallah!

- Bu yaxınlarda İrandan Azərbaycana viza ilə bağlı istəklər oldu...

- İnşallah! Biz istəyirik gəliş-gediş çox olsun. Dövlətlərin əlaqələri strateji səviyyədədir, gərək xalqın da əlaqələri möhkəm olsun, insanlar rahat gedib-gəlsinlər. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar