Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir”


Mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb


"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açdıqdan sonra Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.


Türkiyənin Milli Müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Mançester şəhərində baş vermiş terror qətiyyətlə pisləyib. Bildirib ki, Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir: "Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi, ölkələrdə sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə qarşı cəhddir. Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır".

Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar