Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan bu işə hazırdır“



Elmar Məmmədyarov: “Ermənistan qoşunları ərazilərimizdə olmasa..."


“Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək, hələlik inkişafa nail olunmamış məsələlərə baxılıb. Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyanın Paris görüşünün nəticələri barəsində səsləndirdiyi fikirlərinə münasibət bildirirkən deyib.

Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbənin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranacaq: 

“Belə ki, Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər əsaslı şəkildə azalacaq. Biz sülhü bərqərar edəcəyik və regionu inkişaf etdirəcəyik. Görüşün əsas nəticələrindən biri kimi mən Fransa prezidenti Fransua Ollandın böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyi barəsində münaqişə tərəfləri kimi ErmənistanAzərbaycana çağırışını qeyd edərdim. Azərbaycan dəfələrlə bəyan edib ki, bu işə hazırdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar