Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Uşaqları”nın beynəlxalq əməkdaşlığı davam edir


“İnnovasiyalar üçün tərəfdaşlıq” proqramının dəvəti ilə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “VII Vətəndaş Forumu”nda iştirak edən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tədbir çərçivəsində müxtəlif işgüzar görüşlər keçirib


Forum çərçivəsində “ASIA” Qadın Sahibkarların Biznes Assosiasiyasının icraçı direktoru Gulnara Kuşmurzina, Assosiasiyanın prezidenti, eyni zamanda Qazaxıstan parlamentinin deputatı Meruert Kazbekova ilə görüşlər və müzakirələr keçirilmiş, gələcəkdə tərəflər arasında əməkdaşlıq ilə bağlı ikitərəfli Memorandum imzalandı. Əsas məqsəd Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarımızı əməkdaşlığa və beynəlxalq görüşlərə dəvət olunması, onların bacarıqlarının inkişaf edilməsidir.

Həmçinin səfər zamanı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri təbdirin digər iştirakçıları ilə birgə xeyriyyəçiliklə məşğul olan təşkilatların dayanıqlı fəaliyyəti üzrə təcrübə mübadiləsində iştirak etmiş, Astanada fəaliyyət göstərən yerli ictimai təşkilatların ofislərində getmiş, iş prosessi ilə tanış olmuşdur. 

Qeyd olunmalıdır ki, bu səfər “İnnovasiyalar üçün tərəfdaşlıq – P4I” Proqramı çərçivəsində gerçəkləşmişdi. Qazaxıstanın “АRGO” Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası həm ölkədaxili, həm də ölkələrarası vətəndaş cəmiyyəti təşkilatlarının inklüziv şəbəkələri arasında əlaqəsi və davamlı inkişafına dəstək yolu ilə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə istiqamətlənmiş “İnnovasiyalar üçün tərəfdaşlıq – P4I” proqramını həyata keçirir. Proqramı dövlət və ictimai sektorun innovativ yanaşmalar vasitəsi ilə sosial və iqtisadi problemlərinin birgə həll edilməsində səlahiyyətli vətəndaş cəmiyyətinin qurulmasına əhəmiyyətli töhfə verməli, iştirakçı-ölkələrin regional əməkdaşlığı ilk növbədə əlilliyi olan insanların hüquqları, ekologiya, sosial xidmətlər, gənclərin ictimai həyatda iştirakı, gender bərabərliyi kimi əhəmiyyətli mövzuları əhatə etməlidir.

Proqram çərçivəsində müxtəlif fəaliyyət sahələrində çalışan qeyri-hökumət təşkilatlarını özündə birləşdirəcək onlayn və offlayn platformalar yaradılacaq ki, bu da, onların fəal təlimləndirilməsinə və potensialının artırılmasına yardım edəcək. Beləliklə, “İnnovasiyalar üçün tərəfdaşlıq – P4I” vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin yaradılması, təcrübə və məlumat mübadiləsinə kömək edəcək, onların dayanaqlığının möhkəmlənməsi, effektivliyinin artırılması və dəyişən şəraitə uyğunlaşmaq bacarığının artmasına istiqamətlənəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar