Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Qarabağı ələ keçirməyə çalışacaq“


Jirinovski: “Bu bizə lazım deyil”


Rusiya Liberal-Demokrat Partiyası (LDPR, rəhbəri Vladimir Jirinovski) “Cənub- müharibə deməkdir” adlı broşur dərc edib, burada liberal-demokratların beynəlxalq vəziyyəti necə dəyərləndirdikləri və Rusiyanın necə davranmalı olduğu qeyd edilir.

Belə ki, Jirinovskinin partiyası Rusiyanın birtərəfli şəkildə Qərbə yönəlməsinin və cənub, eləcə də şərq qonşuları ilə əməkdaşlığının inkişafı əleyhinə çıxış edir.

Bu barədə Oxu.Az inform-24.com-a istinadən xəbər verir.

“Xalqın və onların Dövlət Dumasında nümayəndələrinin iradəsinin tam səfərbərliyi, Cənubdan doğan təhlükənin qarşısını almaq üçün gərəkdir.
Suriyada son hadisələr bunu sübut edir.

Bizim üçün Suriyada müharibə təhlükəlidir. Əgər ABŞ orada liviya ssenarisini oynamağa çalışsa, minlərlə qaçqın Türkiyəyə üz tutacaq, Suriyanın şimalında kürdlər inqilab edərək İraqın şimalında olan kürdlərlə birləşəcəklər, bundan sonra İranın qərbində kürdlər də onlara qoşulacaq, - LDPR-in rəhbəri Vladimir Jirinovski belə hesab edir. – Azərbaycan isə bu zaman Qarabağı ələ keçirməyə çalışacaq. Və bu dişinə qədər silahlanmış, qəzəbli, döyüşməyə alışmış adamlar bizə, Şimali Qafqaza hücum edəcəklər.

Artıq inqilab, müharibə, xaosun atəşinin Cənubi Qafqazı alovlandırmasının qarşısını almaq üçün tədbirlər görmək lazımdır. Axı hadisələrin belə inkişafı Şimali Qafqazı partladacaq və biz Həştərxan-Volqoqrad-Voronej-Rostov-Belqorod cəbhə xəttinə malik olacağıq. Bizə bu lazım deyil”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar