Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan MSŞT-də namizəd statusunda qalır“


MSŞT üzrə beynəlxalq idarə heyətinin üzvü Qubad İbadoğlu yazır


Bu gün "Mədən sənayesində şəffaflıq təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib. 

Qərarda deyilir ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli proqres əldə edib və bir neçə fərdi tələb üzrə irəliləyişə nail olub. İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan namizəd statusunda qalır.

İdarə heyəti hesab edir ki, Azərbaycanın MSŞT-nin 1.3. saylı "Vətəndaş cəmiyyətinin iştirakı" standartı üzrə vəziyyəti qənaətbəxş deyildir. Odur ki, İdarə Heyəti hökümətə və çoxtərəfli qrupa icra müddəti növbəti iclasa qədər olan islahedici tədbirlər planı təqdim edir. Əgər islahedici tədbirlər planının icrası uğursuz olarsa, o halda ölkənin MSŞT standartlarına görə fəaliyyəti dayandırılır.

İdarə Heyəti həmçinin katibliyə tapşırıb ki, növbəti toplantıya qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. İdarə Heyəti növbəti addımları qiymətləndirmə hesabatı və MSŞT standartı əsasında müəyyənləşdirəcək.
Məlumat üçün qeyd edim ki, MSŞT-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının 8-9 mart 2017-ci ildə keçirilməsi planlaşdırılıb.

Astana, 26 oktyabr 2016-cı il 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar