Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan İŞİD təhlükəsindən sığortalanmayıb“


Fəzail Ağamalı: “Hakimiyyət dəyişikliyi terror yolu ilə həyata keçirilə bilər”


İŞİD-in Azərbaycana ciddi təhlükə törədəcəyi, hətta hakimiyyəti dəyişə biləcəyi barədə sensasion xəbərdarlıq yayılıb

Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federasiya Şurasının sədr müavininin müşaviri Andrey Baklanov “Nezavisimaya qazeta”da dərc olunmuş məqaləsində İŞİD-in hədəfləri sırasında Azərbaycanın olduğunu da yazıb. 

Müəllif yazır ki, islamçıların can atdığı xilafət artıq yaranıb və müsəlman radikallara görə bu hadisə “əsl vaxtında” baş verib. (virtualaz.org). Baklanov yazır ki, İŞİD ələ keçirdiyi ərazilərdə neft yataqlarını istismar edir və hər gün milyonlarla dollar qazanır. 
Andrey Baklanov yazır ki, İŞİD ərəb ölkələrində hakimiyyəti ələ almağa can atır. Onların planlarına görə, İraqSuriyada möhkəmləndikdən sonra “xilafəti” Səudiyyə Ərəbistanına doğru genişləndirəcəklər. Daha sonra onlar Küveyt və onun nefti ilə məşğul olacaqlar. A.Baklanovun sözlərinə görə, İŞİD-in daha sonrakı hədəfi Türkiyə və Azərbaycandır.

Başqa bir rusiyalı politoloq Qriqori Trofimçuk da Xəzəryanı ölkələrin sammiti ərəfəsi bu dövlətlərin rəhbərliyinə müraciət edərək, onları İŞİD-lə bağlı təhlükənin real qiymətləndirməyə çağırmışdı: “Xəzəryanı ölkələr artıq tamam başqa dünyada yaşayırlar. Yaxın Şərqdə yaradılmış terror təşkilatları olan İŞİD və ya ”Xorasan" tezliklə Mərkəzi Asiya və Xəzərdə olacaq. Onlar məhz bunun üçün yaradılıblar". 

Qeyd edək ki, Azərbaycana  İŞİD təhlükəsi ilə bağlı ABŞ kəşfiyyatına yaxınlığı ilə tanın “Stratfor” beyin mərkəzi də xəbərdarlıq etmişdi. 

Məlumat üçün onu da deyək ki, İŞİD-in  ələ keçirdiyi və şəriət qanunlarını tətbiq edəcəyi ölkələrin “xəyali xəritəsində” Azərbaycan ərazisi də var.  

Azərbaycan hakimiyyəti bu təhlükəni ciddi hesab edir və ölkədə dini radikalizm əhval-ruhiyyəli adamların yığışdığı məscidləri nəzarətdə saxlayır. Bugünlərdə isə MTN-in keçirdiyi şok əməliyyat nəticəsində İŞİD və digər terror qruplaşmaların tərkibində döyüşmüş ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı həbs edilib ki, onlara təkcə silahlı birləşmələr yaratmaqda deyil, eləcə də onların fəaliyyətində iştirak etmə, silahla, partlayıcı maddələrlə, hətta hərbi texnika ilə təmin etmə kimi ağır ittihamlar verilib.

“Əgər İŞİD-in real təhlükəsi ortaya çıxarsa, Azərbaycan onu məhv etməyə imkanı var”

Rusiyalı ekspertlərin xəbərdarlıq xarakterli açıqlamaları ilə bağlı “Yeni Müsavat”a danışan hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, Azərbaycan da İŞİD təhlükəsindən sığortalanmayıb. İŞİD nəinki Azərbaycan, bütün dünya üçün təhlükədir: “Bunu təkcə ayrı-ayrı politoloqlar deyil, ABŞ prezidenti, Böyük Britaniyanın baş naziri, Fransanın prezidenti, Almaniyanın baş kanslerinə qədər bu fikirlər ifadə olunub. Hər kəsə bəllidir ki, İŞİD çox böyük təhlükədir. Bu təhlükədən əlbəttə, Azərbaycan da sığortalanmayıb. Ancaq İŞİD-in  gəlişi, söylənildiyi kimi Azərbaycanı, Xəzəri, Azərbaycanda hakimiyyəti ələ keçirməsi üçün əvvəlcə Türkiyəni, İranı işğal etməlidir. Məhz bundan sonra növbə Azərbaycana çatır. İŞİD Türkiyə və İranı işğal etməsi isə mümkün deyil. Bu ölkələr tutulmayınca İŞİD-in Azərbaycana daxil olması mümkün deyil. Çünki bu qruplaşmanın təyyarələri yoxdur ki, onlar vasitəsilə Azərbaycana desantlar daşısın. Onların əsaslandığı canlı qüvvədir və yerüstü hərəkət edən hərbi texnikadır. Bu baxımdan İŞİD-in Azərbaycana gəlişini o qədər də real hesab etmirəm. Ancaq İŞİD təhlükəsi başqa formalarda olsa da var. Təsadüfi deyil ki, dünya bu təhlükə üçün qüvvələrini səfərbər edib”. 

F.Ağamalı bildirdi ki, Azərbaycan özünü İŞİD-dən müdafiə etmək qabiliyyətindədir. Əgər İŞİD-in real təhlükəsi ortaya çıxarsa, Azərbaycan dövlətinin İŞİD-in gücünü burada sındırmağa, onu məhv etməyə imkanı var. Bu gün Azərbaycanda hakimiyyət dəyişikliyi etməyin ancaq bir yolu var, o da terrordur. Hakimiyyət dəyişikliyi terror yolu ilə həyata keçirilə bilər. Düşünürəm ki, mənfur qüvvələrin burada terror həyata keçirilməsinin qarşısını almaq üçün də Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər gücə malikdir. Terror aktlarının da Azərbaycanda həyata keçirilməsinə düşünürəm ki, imkan verilməyəcək".(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar