Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır”


“Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır. Hazırda bu ölkənin təşəbbüsü ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu ölkənizin bütün dinlərə hörmətlə yanaşdığını bir daha nümayiş etdirir”


Bu fikirləri  Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Serbiyanın sabiq Prezidenti Boris Tadiç deyib.

İldən-ilə Forumun əhəmiyyətinin artdığını, əhatə dairəsinin genişləndiyini vurğulayan sabiq prezident mühüm məsələlərin müzakirəsi, səmərəli dialoqun qurulması baxımından bu tədbirin önəmini xüsusi qeyd edib.

Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən Boris Tadiç belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakının Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirərək deyib: “Azərbaycanın Avropa İttifaqında istər siyasi, istərsə də mədəni sahələrdə sadiq dostları mövcuddur. Ölkənizin hər bir azərbaycanlının fəxr edə biləcəyi qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, adət-ənənələri var. Azərbaycan iqtisadiyyatı və əməkdaşlığa yönəlmiş səyləri ilə digər ölkələr üçün gözəl nümunədir”.  (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar