Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Avropada ən böyük dövlətlərdən birinə çevrilə bilər”


“Azərbaycan Avropada ən böyük dövlətlərdən birinə çevrilə bilər” – Eldar Namazov


Aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər.Bu sözləri Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov Musavat.com-a geniş açıqlamasında bildirib. Politoloqun fikrincə, hazırda dünyada parçalanmış millətlər sırasında birinci yerdə məhz Azərbaycandır.

E.Namazov qeyd edib ki, bölgədə 40 milyonluq Azərbaycan xalqı yaşayır və bunun ancaq 10 milyonu öz dövlətində məskunlaşıb: “Azərbaycanın sərhədlərində, həm Cənubi Azərbaycanda, həm Gürcüstanda, həm Dağıstanda milyonlarla azərbaycanlı kompakt yaşayır. 40 milyonluq azərbaycanlının 30 milyonu bizim sərhədlərimizdə kompakt yaşayır. Əgər dünya ictimaiyyəti, aparıcı dövlətlər o qərara gəlsələr ki, öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyündən üstündür, onda Azərbaycan Avropada Almaniya, Böyük Britaniya, Fransa, İtaliyadan sonra ən böyük dövlətə çevrilə bilər. Ona görə bu prinsiplə bizə heç kim hədə-qorxu gəlməsin!”

E.Namazovun sözlərinə görə, Azərbaycan sadəcə olaraq istəyir ki, beynəlxalq hüquq normaları dəqiq olsun və buna hamı riayət eləsin: “Biz ərazi bütövlüyü prinsipini dəstəkləyirik, ona görə ki, bu, beynəlxalq hüquq normasının prinsipidir. Ancaq referendumlara qalsa, elə Ermənistandan deportasiya olunmuş azərbaycanlılara da həmin hüquq şamil olunmalıdır, Azərbaycanın sərhədlərində kompakt yaşayan 30 milyona yaxın azərbaycanlıya da. Ona görə də bizim həm Qarabağla bağlı aparılan danışıqlarda mövqeyimiz sərt olmalıdır, həm də beynəlxalq təşkilatlarla apardığımız müzakirələrdə bu məsələdə biz daha ardıcıl olmalıyıq. Necə ki, vaxtilə Bağırov “biz etiraz etmirik, gəlin, bu məsələyə də baxaq, digərinə də” deməklə bu məsələni gündəmdən çıxartdı. Biz o cür sərt, eyni zamanda beynəlxalq hüquqa söykənən mövqeyi ortaya qoymalıyıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar