Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Aİ ilə münasibətlər üçün möhkəm əsasın olmasında maraqlıdır“

Səfir: "Azərbaycan Aİ ilə münasibətlər üçün möhkəm əsasın olmasında maraqlıdır"


"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlər üçün möhkəm əsasın olmasında maraqlıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Aİ yanındakı nümayəndə heyətinin rəhbəri, Azərbaycanın Belçikadakı səfir Fuad İsgəndərov "Euractiv" portalına müsahibəsində deyib.

O, Azərbaycanın Avropa İttifaqı tarixində tərəfdaş ölkə kimi yeni saziş layihəsini özü təqdim edən ilk ölkə olduğunu bildirib: "Buna qədər Avropa İttifaqında belə hal heç vaxt baş verməyib. Çünki, adətən, Aİ layihəni təqdim edir, ardından tərəflər onun üzərində işləməyə başlayırlar".

"Azərbaycan Aİ ilə real tərəfdaş kimi əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı çərçivəsində enerji sahəsində, təhlükəsizlik, miqrasiyanın idarə olunması, müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlıqdan heç bir möcüzə gözləmirik, buna çox praqmatik baxışımız var. Bu siyasi dialoqun bütün elementləri çox möhkəm bazaya əsaslanmalıdır. Məsələn, Cənub Qaz dəhlizi həm indi, həm də gələcəkdə əməkdaşlıq üçün yaxşı iqtisadi əsasdır. Bundan əlavə, təbii ki, rabitə və nəqliyyat da vacibdir" - səfir diqqətə çatdırıb.

F.İsgəndərov strateji tərəfdaşlıq müqaviləsi üzrə Azərbaycanla danışıqlara başlamaq üçün Aİ-nin mandat verməsini alqışlayıb: "Danışıqların tezliklə başlayacağına ümid edirəm. Onlar çətin ola bilər, amma nəticələrin yaxın aylarda məlum olacağına əminəm."

Dağlıq Qarabağ münaqişəsinin həlli və bu məsələdə Aİ-nin rolu barədə danışan səfir deyib: "Şərq Tərəfdaşlığına daxil olan bir ölkənin başqa ölkənin ərazisini işğal etməsi qəbuledilməzdir. Bütün ölkələr bu məsələdə status-kvonun qəbuledilməz olduğunu bildirərək onu dəyişməyə çalışsa da, Ermənistan status-kvonu saxlamağa çalışır. Fikrimcə, bu məsələyə Aİ-ni də fəal şəkildə cəlb etmək lazımdır ki, onun da səsi eşidilsin".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar