Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan-İran arasında həlli mümkün olmayan problem yoxdur”



“Azərbaycan-İran arasında həlli mümkün olmayan problem yoxdur. İranda yaşayan azərbaycanlılar cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Yüksək dövlət vəzifələrində çalışan azərbaycanlıların da sayı çoxdur. Bəzi qüvvələr iki dost ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışırlar. Lakin onlar buna nail ola bilməyəcəklər. Xalqlarımızın yaxınlığı və dövlət rəhbərlərinin müdrikliyi buna imkan verməyəcək”


Bu sözləri xarici işlər nazirinin müavini İbrahim Rəhmipur Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib.
 
Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə bildirilib ki, məhz Azərbaycanİran prezidentlərinin siyasi iradələrinin nəticəsidir ki, bu gün iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, rəsmi Bakı ilə Tehran arasında ikitərəfli əlaqələr də gündən-günə möhkəmlənir.
 
Səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verən M.Qurbanlı regiondakı geopolitik vəziyyət nəzərə alınaraq Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
 
Azərbaycanda din-dövlət münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, bu sahədə əməkdaşlıq etməklə yüksək səviyyəli dini kadrlar yetişdirmək və təcrübə mübadiləsi aparmaq olar. O, İslamın humanist din olmasının gənclərə çatdırılması baxımından savadlı din xadimlərinin yetişdirilməsinin zəruriliyini qeyd edib. Əks təqdirdə radikal dini qruplaşmalar təbliğat aparıb gəncləri öz tərəflərinə çəkərək onları terrorçuluğa və digər münaqişələrə cəlb edə bilərlər. Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, İslam dinindən sui-istifadə edilir. Bu hallar dünya ictimaiyyətində İslam dini barədə yanlış fikrin formalaşmasına səbəb olur. Bu baxımdan Azərbaycan ilə İran arasında din sahəsində əməkdaşlığın inkişafı zəruridir.
 
İranın din sahəsində Azərbaycan ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirən İ.Rəhmipur qeyd edib ki, rəsmi Tehran radikal dini qrupların fəallaşmasının qarşısını almaq istiqamətində addımlar atır. Nazir müavini həmçinin qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona ehtiramla yanaşır.
 
Görüşlərdə radikal dini cərəyanların ölkələrimizin ərazisində yayılmasının qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb. (publika.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar