Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”


Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətiıə Gürcüstan parlamentində “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masa keçirilib


“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

O, çıxışında Gürcüstan rəhbərliyini Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edib, onlara müstəqillik yolunda uğurlar arzulayıb. Milli Məclisin sədri bildirib ki, Azərbaycan və gürcü xalqları tarixən qonşu və dost olublar: “Hər iki xalq demək olar ki, eyni taleyi yaşayıblar. İki gündən sonra Azərbaycan da müstəqilliyinin 100 illiyini qeyd edəcək. Bu illər ərzində münasibətlərimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bizim birgə həyata keçirdiyimiz qlobal enerji layihələri Avropanın da təhlükəsizliyində mühüm rol oynayır. Tarixən Qərblə Şərqi birləşdirən qədim İpək Yolunun bir hissəsi olan və bu yaxınlarda açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu yolda ən böyük nailiyyətlərimizdəndir”.

Müstəqilliyin hər iki xalqın ən böyük sərvəti olduğunu vurğulayan Oqtay Əsədov mövcud problemlərdən də danışıb: “Müstəqilliyimizin bərpasının ilk illərindən millətçilik, separatizm, işğalçılıq və təcavüzkarlıqla üzləşmişik. Hər iki dövlətin bir-birinin ərazi bütövlüyunü dəstəkləməsi bir-birimizə ən böyük dəstəyimizdir. Bu gün beynəlxalq hüququn deyil, gücün işlədiyi bir dövrdə çox böyük acılar yaşayırıq”.

Milli Məclisin sədri Dağlıq Qarabağda erməni separatizmi, erməni işğalçılarının yaratdığı problemlərə, torpaqlarımızın işğala məruz qalmasına, bir milyondan çox məcburi köçkün məsələsinə, Abxaziyada, Ukraynada və digər bölgələrdə mövcud olan problemlərə diqqət çəkib, bu münaqişələrin ədalətli, beynəlxalq huququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.

Tədbirdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, xarici işlər naziri Mixail Canalidze və digər rəsmi şəxslər, eləcə də yubiley tədbirlərində iştirak etmək uçün Tbilisiyə gələn xarici nümayəndə heyətlərinin başçıları çıxış edib, gundəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar