Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AzerRos”da Abbas Abbasov dönəmi qapandı



Qurumun Ağsaqqallar Şurasının yeni sədri Sərdar Abdullayev “Yeni Müsavat”a danışdı: “Bu qurum mənim kabinetimdə yaranmışdı”

 
Sentyabrın 2-də Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti - “AzerRos”un Ağsaqqallar Şurasının sədri postuna Sərdar Abdullayev sədr seçilib. 

Bu haqda “Yeni Müsavat”a Sərdar Abrullayevə yaxın olan bir şəxs məlumat verdi. Nəzərə çatdıraq ki, bir neçə gün öncə Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov “AzerRos”un Ağsaqqallar Şurasının sədri postundan istefa vermişdi.


Mənbə qeyd edib ki, S.Abdullayevin bu posta rəhbər gətirilməsi Azərbaycan hakimiyyəti ilə razılşadırılıb. Belə ki, o, sözügedən məsələ ilə bağlı Bakıya çağırılıb. Onunla iqtidar rəhbərliyinin nümayəndəsi söhbət edib və bundan sonra məlum təyinat gerçəkləşib. 
O, təşkilatdan istefa verdiyini bəyan edib. A. Abbasov öz yerinə Ağsaqqalar Şurasının digər üzvü olan Sərdar Abdullayevin namizədliyini irəli sürüb.

Sərdar Süleyman oğlu Abdullayev  Rusiya vətəndaşıdır, iş adamıdır, iqtisad elmləri doktoru, professordur.  Abdullayev İnformasiyalaşdırma Beynəlxalq Akademiyasının həqiqi üzvüdür, 2006-cı ildə “AzerRos”dakı fəaliyyətinə görə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

O, 1951-ci il yanvarın 1- də Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1986-1991-ci illər ərzində “Kalininqrajdanstroy” regional planlaşdırma və tikinti birliyinin rəis müavini vəzifəsində çalışıb. 1991-ci ildən “Tverqrajdanstroy” tikinti şirkətinin baş direktorudur.
S.Abdullayevlə telefon əlaqəsi yaradıb, yeni vəzifəsi, planları barədə danışdıq. O qeyd etdi ki, bu posta seçiləcəyini öncədən gözlənilən olmayıb: “Düzü, mən bunu gözləmirdim. Sadəcə, iclasda namizədliyim verilib. Heç mən özüm iclasda iştirak etməmişəm. Namizədliyim irəli sürüldü və mən buna razılıq vermişəm”.

Son illərdə “AzerRos”un fəaliyyəti qənaətbəxş deyildi və orada intriqalar yaşanırdı. Abbas Abbasovun anlaşılmaz mövqe tutması səbəbindən qurumun fəaliyyəti faktiki olaraq iflic olmuşdu. Sərdar Abdullayevdən qurumun dirçəlməsi üçün hansı planları olduğunu soruşduq. Abdullayev qeyd etdi ki, sözügedən qurumun ilk yaradıcılarından biri o olub: “Bu federasiya mənim kabinetimdə yaranıb. Ona görə də burada mənim üçün qaranlıq, anlaşılmayan heç nə yoxdur, hər şeyi bilirəm”.

Abbas Abbasovun qurumda yaratdığı arzuolunmaz durumla bağlı sualımıza cavabında müsahibimiz qeyd etdi: “Bu məsələ nə idi, kimlə bağlı idi, o haqda danışmağı lazım bilmirəm. Çünki orada çox məsələlər deyildiyi, yazıldığı kimi deyildi. Ona görə də mən bu haqda heç danışmaq istəmirəm. Biz indi planlaşdırırıq ki, Rusiya yaşayan azərbaycanlıları birləşdirək, soydaşlarımız arasında yaxşı münasibətlər formalaşsın və biz ciddi işlər görə bilək. Biz burada çalışacağıq ki, vətənimiz Azərbaycanla vətəndaşı olduğum Rusiya arasında münasibətlərin daha da yaxşılaşmasına nail olaq”.

Nəzərə çatdıraq ki, Abbas Abbasov “AzerRos”u nəzarətdə saxladığı dövrdə ermənilərə münasibətləri liberal olub, hətta müəyyən əməkdaşlıqlara getdiyinə dair informasiyalar da vardı. Maraqlıdır, yeni sədr ermənilərə münasibətdə hansı mövqedə olacaq? Bu haqda suala S.Abdullayev belə cavab verdi: “Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli üçün iki ölkənin prezidentləri danışıqlar aparırlar. Başqalarının bu məsələyə qarsıması düzgün deyil. Mən Rusiya vətəndaşıyam və erməni məsələsinə dair nəsə bir mövqe sərgiləsəm doğru olmaz. İki ölkənin rəhbərləri bu məsələni həll eləməlidirlər. Ən yaxşısı məsələnin sülh yolu ilə həll olunmasıdır. Nə biz erməniləri, nə də ermənilər bizi qonşuluqdan silə bilmərik. Bu məsələ məncə, yaxın zamanlarda öz həllini tapmalıdır”.

“Siz əslən kəlbəcərlisiniz, bu baxımdan ermənilərə münasibətdə daha sərt bir mövqedə olacağınızı gözləmək olarmı” sualına onun cavabı belə oldu: “Mən əlbəttə, istəyərdim vətənim azad olunsun, ora gedib-gələ bilim. Gözəl yurdumuz hər gün gözümün önündədir. Təəssüflər olsun ki, biz ora gedə bilmirik. Məncə, Allahın köməkliyi ilə bu məsələlər həllini tapacaq”. 

Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, S.Abdullayev dedi ki, iki ölkə arasında əlaqələr çox yaxşıdır: “İki ölkənin prezidentlərinin də yaxşı münasibətləri var. İki ölkə arasında əlaqələr yüksək  səviyyədədir. Bunu heç km poza bilməz”.

Və sonda bir maraqlı məqamı da qeyd edək. “AzerRos”un Ağsaqqallar Şurasının iclasında Abbasov istefa verərkən, S.Abdullayevin namizədliyini o özü irəli sürmüşdü. Görünür, Abbas Abbasov S.Abdullayevin bu posta gətirilməsi üçün Azərbaycan hakimiyyətinin dəstəyi olduğunu bildiyindən bu gedişi edib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar