Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər


13-16 fevral tarixlərində “AzerGold” QSC-nin nümayəndələrinin İsveçrəyə işgüzar səfəri baş tutub


Səfər çərçivəsində “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrənin məşhur “Argor-Heraeus” şirkətinə məxsus affinaj zavodunun fəaliyyəti ilə yaxından tanış olub, beynəlxalq təcrübəni dərindən öyrənib, qızıl satışının optimallaşdırılması yollarını araşdırıb. Bundan əlavə, mütəxəssislər ikitərəfli görüşlər keçirərək, beynəlxalq əlaqələrin genişləndirilməsi perspektivlərini geniş müzakirə ediblər. Səfərin əsas məqsədi qızıl və gümüş tərkibli xəlitələrin tökümündə digər metalların faiz dərəcələrinin azaldılması prosesini daha da təkmilləşdirməkdir.

Qeyd edək ki, keçən il “AzerGold” QSC KYC (Know Your Customer) və “Due Diligence” prosedurlarını uğurla keçərək “Argor-Heraeus” şirkəti ilə qızıl və gümüşün saflaşdırılması üzrə əməkdaşlıq qurub. Ötən ilin 31 may–2 iyun tarixlərində Azərbaycana səfərə gələn İsveçrə şirkətinin nümayəndəsi Çovdar filiz emalı sahəsində gedən hasilat işləri ilə yaxından tanış olaraq, Cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini bildirib. Hazırda Çovdar filiz emalı sahəsində istehsal olunan qızıl-gümüş tərkibli xəlitələr İsveçrə şirkətinə göndərilərək saflaşdırılır, daha sonra əldə olunan qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılır.      
pia.az  



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar