Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azdrama” direktoru ilə bağlı qalmaqalı böyüyür



Direktor İsrafilovun uzaqlaşdırılması ilə bağlı prezidentə müraciət edildi; nazirlik isə onun vəzifə müddətini uzatdı...


Nəhayət, “Azdrama”nın kollektivi ayağa qalxaraq direktor İsrafil İsrafilovla bağlı prezidentdən kömək istəyib. 

Akademik Milli Dram Teatrın bir qrup tanınmış aktyoru son vaxtlar teatrda yaranan xoşagəlməz vəziyyətlə bağlı ölkə başçısına müraciət ünvanlayıb.


Müraciətə imza atanlar arasında xalq artistləri Ramiz Məlik, Rafael Dadaşov, Nurəddin Mehdixanlı, İlham Əsgərov, Firəngiz Mütəllimova, Zemfira Məmmədova, Rafiq Əzimov, əməkdar artistlər Sənubər İskəndərova, Mehriban Xanlarova da var. 

Müraciətdə direktor İsrafil İsrafilov haqda sərt tənqidi fikirlər yer alıb. Aktyorlar kollektiv daxilində baş verən parçalanma, konflikt və qalmaqalların əsas səbəbkarının İsrafil İsrafilov olduğunu dəfələrlə qeyd ediblər: "“Parçala, hökm sür” siyasətini ustalıqla həyata keçirən İsrafil İsrafilov kollektivi parçalayıb üz-üzə qoydu. Zərərli daxili konfliktlər yarandı. Dünənki dostlar bir-birinin düşməninə çevrildi. Yaradıcılığa sərf olunacaq vaxt və enerji mənasız, daxili sözlü savaşlardan əsl fiziki güc tələb edən savaşlara keçdi... Tam məsuliyyətlə deyirik ki, İsrafil İsrafilov direktoru olduğu Azərbaycan Akademik Milli Dram Teatrının kollektivini param-parça edərək bir-birinə düşmən edib və daha böyük fəsadların baş verməməsi naminə bu prosesin dayandırılması lazımdır. Hörmətli cənab Prezident, biz aşağıda imza edənlər, Sizdən çox xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz".

*****
Avqustun 31-də isə Azərpaşa Nemətov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə uyğun olaraq Akademik Milli Dram Teatrın yeni təsis olunmuş bədii rəhbəri-baş rejissor vəzifəsinə təyin edilib. Bununla əlaqədar olaraq müxtəlif fikirlər söylənilib. Bəziləri yeni təyinatı teatrın fəaliyyəti üçün uğurlu, bəziləri isə uğursuz hesab edib. 

Xatırladaq ki, A.Nemətov eyni zamanda Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədridir. Ötən il “Azdrama”nın kollektivi etiraz olaraq ittifaqın qurultayını boykot etmişdi. Aktyorlar A.Nemətovun ittifaq sədri kimi 20 il ərzində Akademik Milli Dram Teatra təşrif buyurmamasından narazılıq etmişdilər.



Bəs görəsən, yeni baş-rejissor öz gəlişi ilə teatrdakı gərginliyi səngidə biləcəkmi? Bu barədə “Yeni Müsavat”a danışan Azərpaşa Nemətov bundan sonra teatr daxilində hər şeyin yaxşı olacağına ümid etdiyini dedi: “Bu gün ilk iş günümdür. Buna görə də teatr daxilində baş verənlər barəsində hər hansı fikir söyləyə bilməyəcəm. Kollektivlə daha yaxından tanış olub, baş rejissor kimi fəaliyyətimə başlayacam. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

“Azdrama” ətrafında baş verən yeni təfərrüatlarla bağlı teatrın mətbuat katibi Elçin Cəfərovla əlaqə saxladıq. Teatr rəsmisi prezidentə ünvanlanan müraciətdən xəbərdar olduğunu, lakin bu barədə danışmaq istəmədiyini dedi: “Hazırda məzuniyyətdəyəm, buna görə hər hansı məsələyə rəy bildirməyim qanuni baxımdan doğru olmazdı. Yeni mövsüm başlayan kimi İ. İsrafilov bütün bu məsələlər barəsində özü danışıb aydınlıq gətirəcək, müsahibələr verəcək”.

Lakin E.Cəfərov onu da qeyd etdi ki, nazirlik yeni baş rejissor təyin etməsinin ardınca direktor İ.İsrafilovun vəzifə müddətinin uzadılması ilə bağlı müqaviləsini yeniləyib: “Yəni növbəti mövsümdə İsrafil İsrafilov yenidən direktor vəzifəsində çalışacaq”. O, təzə baş rejissorun gəlişi ilə teatrda daha yaxşı ab-hava yaranacağını, aktyorlar arasındakı narazılılqlara son qoyulacağını bildirib: “Şəxsən mənim Azərpaşa Nemətova çox böyük hörmətim var. İnanıram ki, onun gəlişi ”Azdrama"ya çox şey verəcək, bəzi xoşagəlməz məsələlər müəyyən qədər səngiyəcək. Xüsusilə qeyd edim ki, son vaxtlar teatrımızda səhnələşdirilən bir sıra tamaşalar məhz onun adı ilə bağlıdır. Buna görə də əminliklə deyə bilərəm ki, yaxın vaxtlarda teatrın fəaliyyətində daha yaxşı yaradıcılıq işləri gözlənilir".
Prezidentə ünvanlanan müraciətə imza atan bir neçə xalq artisti ilə də əlaqə saxladıq. Ramiz Məlik imza atdığı müraciəti təkzib edən fikirlər söylədi: “Biz aktyorlar bu müraciəti İsrafil Israfilovun teatrdan uzaqlaşdırılması üçün etmədik. Bizim əsas məqsədimiz budur ki, teatrın vəziyyəti yenidən yaxşılaşsın. Teatrımızda 30-40 il, hətta 50 ildir fəaliyyət göstərən aktyorlar var. Onlar da qəbul edə bilməzdilər ki, teatrımız bu vəziyyətədə davam etsin. Əsas narazılığımız da ”YUĞ" teatrını bizim teatra bağlamaqları oldu. Bu, arzuedilməz bir fakt idi və biz də öz  narazılığımı bildirdik. Çox sevindik ki, teatrımızın yeni baş rejissoru Azərpaşa Nemətovdur. Onun ilk addımlarından bu günədək olan bütün fəaliyyəti ilə tanışam. İnanıram ki, o, teatrın düşdüyü bu pis vəziyyəti aradan qaldıra biləcək, yalnız bizim də ona kömək etmək şərti ilə. Biz aktyorlar ona əlimizdən gəldiyi qədər kömək edəcəyik. Teatrı tənzimləyən həmişə bədii rəhbər, baş rejissor olub. İsrafil müəllim də bizə bildirib ki, o artıq yalnız inzibati işlərlə məşğul olacaq, biz də ona hər cür yardım göstərəcəyik. Ümumiyyətlə, İsrafil müəllim teatrı sevən, öz işini yaxşı bilən şəxsdir". 

Nurəddin Mehdixanlı isə müraciətdə yazılanlarla tamamilə razılaşdığını dedi: “Bütün fikirlərimizi orda bildirmişdik. ”Azdrama"nın vəziyyəti son üç ildə çox ciddi şəkildə pisləşdi. Buna görə də yeni mövsümə yaxın kollektivlə birgə qəti qərara gəlib bir müraciət ünvanladıq. Fərz edin ki, orda yazılan bütün qeydlər kollektivlə birgə eyni zamanda fərdi olaraq mənim də fikrimdir. Bir sözlə, qərarımız budur ki, direktor teatrdan uzaqlaşdırılısın, çünki o, teatrı heç cürə idarə edə bilmir".

“Bəs teatr rəhbərliyində kimi görmək istərdiniz” sualımızı xalq artisti bu cür cavablandırdı: “Nazirlik kimi məsləhət bilsə, onu. Əsas odur ki, teatrımız yenidən əvvəlki nüfuzuna geri dönə bilsin”. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar