Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azdramada” baş verənlər mətbuatda şişirdilir” - Xalq artisti


Son zamanlar kütləvi informasiya vasitələrində mədəni problemlərdən bəhs edən yazılara tez-tez rast gəlinir


Bəzi məlumatlarda belə qənaətə gəlmək olur ki, Akademik Milli Dram Teatrında rəhbərliklə bir qrup tanınmış aktyor arasındakı narazılıq isə demək olar pik həddə çatıb.

Aralarında xalq və əməkdar artistlərin də olduğu bir qrup hətta teatrın direktoru İsrafil İsrafilovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Azərbaycan teatrının məbədi sayılan “Azdrama”da baş verən bu olaylar təbii ki, cəmiyyətdə də birmənalı qarşılanmır. Bəziləri bu problemləri teatrın daxili məsələsi kimi qiymətləndirib hadisələri şişirtməməyi də məsləhət görür. 

Modern.az-ın həmsöhbəti olan xalq artisti Əbdül Mahmudbəyov da son zamanlar Akademik Milli Dram Teatrında yaşanan məsələlərə toxunub:

“Priçyom” burda İsrafil”?!

“Bəzən bizim saytlarda elə başlıq verirlər ki, düşünürsən ki, daha dünyanın axırıdır. Yazının içərisini oxuyanda görürsən ki, heç nə yoxdur. Belələri hələ də sensasiya axtarırlar, hələ də insanları gopa basıb sözlə qıcıqlandırırlar.Bununla böyük maraq yaradırlar ki, yazdıqları da oxusun. Amma fikirləşmirlər ki, bunun nəsə arzuolunmaz nəticəsi ola bilər.

Bu günlərdə iki xalq artisti arasında baş verənləri götürək. Düşünmürlər ki, bunların hər ikisi xalq artistidir. Onlar arasında təmiz başqa mövzuda söhbət gedib. “Priçyom” burda İsrafil?! Bunları öyrənməmiş, dəqiqləşdirməmiş mətbuata çıxarmaq bir az ədəbsizlikdir. Bəzən biz reallığı, olan hadisələri bir tərəfə qoyub öz şəxsi marağımızdan intriqa yaratmaq üçün istifadə edirik. Şou düzəltmək üçün qazan qaynatmaq üçün cəfəngiyyat danışırıq.

Hər kəsin şəxsiyyəti var. Bu, heç adi vətəndaş üçün də keçərli deyil. Hamının pis-yaxşı qohumu-əqrəbası var.

Sənət adamının tanınmaq imkanı isə daha genişdir. Odur ki, qətiyyən onun şərəf və ləyaqətinə toxunulacaq yazılar vermək olmaz. Nəticəsi görürsünüz, necə olur? Artıq get-gedə yazılara və həmin şəxslərə inamsızlıq yaranır”.  

- Sizdə bu cür yazılar səbəbindən mediaya hər hansı inamsızlıq yaranıb?  

- Mən öz dərdim, problemim kimi demirəm. Sadəcə, mövzuya aiddiyyəti olduğu üçün misal çəkirəm. Bakı şəhər İcra Hakimiyyəti üç dəfə məni məhkəməyə verdi və hər üç  məhkəmə xeyrimə qərar çıxardı. Qərarda da göstərilir ki, buna dəyən ziyan ödənməlidir, qanuni yolla öz təsdiqini tapmalıdır. Amma məhkəmənin qərarına hələ də əməl olunmur. Mən də qalmışam acınacaqlı vəziyyətdə.

Bax, məhz burada kütləvi informasiya vasitələrinin, xüsusən də televiziyaların rolu artır. Bu gün KİV dünyanın ən güclü qırğın silahlarından daha təhlükəlidir. Bu səbəbdən oxşar situasiyalarda onun məsuliyyəti də artır. Odur ki, bu cür vacib missiyanı öz işini bacarmayanlara etibar etmək çox təhlükəlidir. Burada ən pis şey odur ki, mediaya nəzarət edən bu cür adamlar, o cür yazı yazanlar öz mənfi əməllərinə haqq qazandırmaq, guya nəsə iş gördüklərini göstərmək üçün öz şoularını davam etdirirlər. Axırda da başlayırlar dövlətə sataşmağa.

Ay nə bilim senzura var, demokratiya yoxdur, belə-filan. Qardaş, demokratiya da, dövlət də, qanun da şəxsiyyətdir, əxlaqdır. Əxlaqa, şəxsiyyətə toxunmaq olmaz. Bizim millət buna qarşı daha həssasdır. Senzura, demokratiya haqqında uydurma söhbətlərin hamısı mənasızdır.

Necə yəni, qanun yoxdur?! Heç qanunsuz da dövlət olar?! Onda kim istəsə ağzına gələni danışar. Bəzən xidməti, mövqeyi aydın olmayan biri ağzına gələni danışır. Bir söz deyəndə də deyirlər ki, demokratiya belə gəldi, burdan getdi, sən söz azadlığını pozursan. Mən həmişə demişəm, senzura mütləqdir. Senzura nədir? Qanunsuzluğa yol vermir. Dünya standartları var, hər şeydə bir ölçü olmalıdır.

Nəhayət, söhbət hansısa insanın şəxsiyyətindən gedirsə, bu mövzuda yazanlar da, münasibət bildirənlər də birmənalı şəkildə hamısını dəqiqləşdirib sonra araya-ərsəyə çıxarmalıdır. Bütün bunlar yolverilməzdir. 3-5 təsadüf jurnalistə əxlaqımızı, mənəviyyatımızı qurban verə  bilmərik...

“Azdrama”ya gəldikdə, problemlər təbii ki, var. Dünyanın əksər ölkələrinin teatrlarında bu cür problemlər yaşanır. O teatrdakılar da uşaq deyillər. Hamısı ağıllı-başlı, sanballı adamlardır. İndi buranı qurdalayan adamlar sonradan özləri peşman olacaqlar. Onda da başlayacaqlar başqa şeyi qurdalamağa, sensasiya axtarmağa.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar