Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azadlıq 2015” bloku səfirliklərlə görüşlərə başlayacaq


Əli Əliyev: “Seçkiyə yönəlik iş qrafiki tərtib edilib, bu cədvələ uyğun tədbirlər müvafiq müddətlərdə həyata keçirilir”


“Azadlıq-2015" seçki bloku qarşıdan gələn parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin müəyyənləşdirilməsinə start verib. Blokun Sədrlər Şurasının iclası olub və iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, qarşıda duran vəzifələr müzakirə edilib. 1 noyabrda keçiriləcək  parlament seçkilərini müzakirə edən blokun Sədrlər Şurası ”Azadlıq-2015" seçki blokunun deputatlığa namizədlərinin siyahısı üzərində müzakirələr aparıb və müəyyənləşdirilmiş deputatlığa namizədlərlə görüşün keçirilməsi barədə qərar qəbul edilib.  

Blok üzvləri həmçinin bu həftə ərzində bir sıra xarici ölkə səfirlikləri ilə keçiriləcək görüşlərlə bağlı fikir mübadiləsi aparıblar.

Blokun Sədlər Şurasının üzvü, VİP sədri Əli Əliyev bildirdi ki, “Azadlıq 2015" seçki blokunun seçkiyə yönəlik iş qrafiki tərtib edilib. Bu cədvələ uyğun tədbirlər müvafiq müddətlərdə həyata keçirilir: ”Ən miqyaslı və vacib işimiz məhz namizədlər siyahısının tərtibatıdır. İlk mərhələdə bloka daxil olan partiyalar öz ümumi siyahılarını seçki qərargahına təqdim ediblər. Hazırda namizədlər barədə məlumatlar toplanır. Ramazan ayı işimizin intensivliyinə öz korrektələrini edib. Yəqin bayramdan dərhal sonra, namizədlərin uzlaşdırılması işinə baş vuracağıq. İlkin təqdimat mərhələsində irəli sürülmüş namizəd siyahıları coğrafi olaraq, 110-a yaxın seçki dairəsini əhatə edirdi. Bizim sədrlər şurasının əhatə ilə bağlı ilkin rəyi müsbət idi. İkinci çevrədə, yəni konkret dəyərləndirmə mərhələsində namizədlərin rəqabət imkanları müzakirə ediləcək".

Ə.Əliyev qeyd etdi ki, blokdakı partiya sədrlərinin əksəriyyəti dairələrini qətiləşdirməyiblər: “Hər biri potensial dairələri dəyərləndirir. Lakin müəyyən məhdud çevrə hər biri tərəfindən hesablanıb. Konkretlik yəqin ki, avqust ayının ortalarına ərsəyə gələcək. Dairələrin partiyalar arasında riyazi bölgüsü mövcud deyil. Bütün siyahılar götürülüb, ikinci mərhələdə fərdi dəyərləndirmə üsulu ilə sədrlər şurasında namizədlər haqda qərar çıxarılacaq. Toqquşma ciddi olduğu dairələr üzrə müvafiq individual qərarımız olacaq”.

Blokun rəhbərliyinə daxil olan şəxslərin səfirliklərlə görüşlər keçirmək istəyinə gəlincə, Ə.Əliyev dedi ki, məqsəd diplomatik korpusun diqqətini Azərbaycandakı siyasi proseslərə cəlb etmək, onları məlumatlandırmaqdır: “Hesab edirik ki, son dövrlər hakimiyyətin Qərblə davranışının sərtliyi fonunda, belə təşəbbüslər ümumi ovqata müsbət təsir edə bilər. Fikrimizcə, iqtidarın ritorikası Azərbaycanın Qərbdən uzaqlaşmasına xidmət edə bilər. Biz belə trenddə maraqlı deyilik. Qərbə alternativ siyasi coğrafiya milli maraqlarımıza uyğun deyildir. Ona görə də toplumun bir seqmenti olaraq, səfirliklər, beynəlxalq təşkilatlarla daha intensiv əlaqələr yolu ilə cəmiyyətin siyasi istəklərini onlara yetirmək istərdik. Universal və təməl haqların vəziyyəti beynəlxalq ictimaiyyətin nəzərində olmalıdır”.

Qeyd edək ki, “Azadlıq-2015" blokuna KXCP, AXP, Aydınlar, Azadlıq, ALDP, VİP, Böyük Azərbaycan və Azad Demokratlar Partiyası daxildir.(musavat.com) 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar