Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azadlıq-2015“ deputatlığa namizədlərini müəyyənləşdirir



Pənah Hüseyn: “İddialıların yerlərdə reytinqinin öyrənilməsi üçün təhlillər aparılır”; Mirmahmud Mirəlioğlu: “Seçki blokunun qapıları bütün partiyaların üzünə açıqdır”


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn daxil olduğu “Azadlıq-2015" seçki blokunun parlament seçkilərinə hazırlığı və fəaliyyəti barədə ”Yeni Müsavat"a açıqlama verib.

O qeyd edib ki, “Azadlıq-2015" seçki blokunun yaradılması parlament seçkilərinə hazırlıq istiqamətində atılmış ciddi addım sayılmalıdır.

Artıq blokun seçki qərargahı yaradılıb. Seçki qərargahının sədri, üzvləri seçilib, fəaliyyəti və iş planı tutulub. Mütəmadi olaraq blokun Siyasi Şurası toplanır. ”Azadlıq-2015" seçki blokunun seçki platformasının hazırlanması üçün iş aparılır. P.Hüseyn qeyd etdi ki, digər siyasi qüvvələrlə, ictimai təşkilatlarla, ayrı-ayrı şəxslərlə əməkdaşlığın müxtəlif istiqamətləri üzrə məsləhətləşmələr gedir.

Blokun deputatlığa namizədlərinin müəyyənləşməsi prosesi başlayıb: “Namizədlər təxminən məlumdur. Seçki blokunu yaradan partiyaların sədrlərinin namizədliyinin hansı dairələrdən irəli sürülməsinin dəqiqləşdirilməsi istiqamətində də fəaliyyət davam etdirilir. Namizədlərin yerlərdə reytinqinin öyrənilməsi üçün təhlillər aparılır, iş gedir”.

AXP sədrinin sözlərinə görə, eyni zamanda azad və ədalətli seçki mühitinin formalaşması üçün istər müxalifət təşkilatları ilə məsləhətləşmələr, istərsə də iqtidar təmsilçiləri ilə aparılan təmaslarda fikir mübadiləsi aparmaq aktualdır: “Hazırda əsas prioritet olaraq hansı islahatların aparılması məsələsi müzakirə edilir ki, hakimiyyət təmsilçisi ilə növbəti görüşdə bu məsələnin müzakirəyə çıxarılmasının məqsədəuyğunluğu nəzərdə tutulur. Biz hesab edirik ki, hazırkı siyasi mühit azad və ədalətli seçkilərin keçirilməsini təmin etmir. Ona görə də prioritet məsələ azad və ədalətli seçki mühitinin yaradılması, bu sırada seçki komissiyalarının yenidən formalaşması kimi məsələlərdir”.

P.Hüseyn onu da dedi ki, “Azadlıq-2015" seçki blokunun mart ayında aksiyalar keçirməsi istiqamətində müzakirələr aparılmayıb və aparılmır.


“Azadlıq-2015" seçki blokuna daxil olan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu da bildirib ki, blokun seçkiyə hazırlıq istiqamətində çalışmaları davam edir: ”Dairələrdə namizədlər müəyyən edilib. Seçki qərargahı da namizədləri müəyyən edib. Hazırlıqlar davam edir".

KXCP sədri onu da deyib ki, seçki blokunun qapıları bütün partiyaların üzünə açıqdır. Kim istəsə, bloka qoşulmaq üçün müraciət edə bilər: “Müraciət tərəfimizdən dəyərləndiriləcək. Hesab edirəm ki, cavabımız müsbət olacaq. Siyasi partiya rəhbərləri ilə görüşlərimiz, müzakirələrimiz davam edəcək. Bununla bağlı mövqeyimiz də, əməlimiz də ortadadır”.

Qeyd edək ki, “Azadlıq-2015" seçki blokunu 8 partiya yaradıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar