Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Axund vəzifəsini ləğv etməklə şiə-sünni problemini alovlandırır”


“İstəyirik ki, “İslam Həmrəyliyi İli” çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin”


Xəbər verdiyimiz kimi, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib. 

QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir.

Maraqlıdır, bu dəyişikliyin nəticəsi necə ola bilər?
 
Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər:
 
“Bilirsiniz, sünnilərdə axund adı işlədildiyi halda, bu, şiələrdə imamdır. Bu səbəbdən axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi sünnilərin narazılığına səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıra bilər və qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.
 
R.Əliyev qeyd edib ki, bu cür qərarın verilməsinə ehtiyac yox idi:
 
“Düzdür, digər ölkələrdə  “məscidin imamı” ifadəsindən istifadə edilir. Bu artıq onlarda formalaşmış bir şeydir. Lakin bizdə oturuşmuş variant olduğu üçün  bunu dəyişməyə ehtiyac yoxdur. Başqa ölkələrdəki hər şeyi tətbiq etmək lazım deyil. Ola bilər, kimisə təyin edəndə onun əmrində axund sözü yazılsın. Amma  insanlar kimini axund, kimini isə imam kimi tanıyır. Bunu dəyişmək mümkün deyil.
 
Axund və imam sözünün anlamlarında böyük  fərq yoxdur. Bunlar hamısı məsciddə məruzə oxuyan adamlardır. Sadəcə “imam” sözü qabaqda durub namaz qılan insan anlamını ifadə edir. “Axund” sözü isə həm namaz qılan, həm də məruzə oxuyan mənasındadır”.
 
Qeyd edək ki, QMİ sədrinin bu təklifi toplantıda səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub.
 
Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar