Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Axtarışda olan 41 min şəxs tutulub” - Ramil Usubov


“Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır”


PİA.AZ `Report`-a istinadən xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis işçilərinin peşə bayramı münasibətilə Polis Akademiyasında keçirilən tədbirdə bildirib.

O, qeyd edib ki, bu müddətdə cinayətlərin orta illik açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb.

O deyib ki, Azərbaycan asayişin və əminamanlığın qorunması sahəsində dünyanın ən öncül dövlətlərindəndir.

Nazirin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir:

“2014-cü il və cari ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub.

Fəaliyyətimizin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi, həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya cinayətkarlığının, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərinin etibarlı qorunmasına böyük imkanlar yaradıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar