Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropada miqrantları müsəlmanlara və qeyri-müsəlmanlara bölürlər“

"Avropada miqrantları müsəlmanlara və qeyri-müsəlmanlara bölürlər" - Şeyx


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rus Pravoslav Kilsəsinin iyerarxı, metropolit İlarion Volokalamskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

PİA.AZ saytı xəbər verir ki, "Report"un məlumatına görə, şeyxülislam Allahşükür Paşazadə V Beynəlxalq Bakı Forumunun rəsmi açılışında Azərbaycan Prezidentinin nitqinin daha yaxşı gələcəyə ümidlər doğurduğunu vurğulayıb.

O deyib: “Bizi narahat edən budur ki, Avropada miqrantlara qarşı ayrı-seçkilik edirlər, onları müsəlmanlara və qeyri-müsəlmanlara bölürlər. Ona görə də hesab edirik ki, sivilizasiyalar və dinlər arasında dialoq dünyada baş verən proseslərə müsbət təsir göstərəcək. Siz dəfələrlə Azərbaycana səfərdə olmusunuz və görmüsünüz ki, Azərbaycanın seçdiyi yol tolerantlıq və multikulturalizm yoludur. Ölkəmizin rəhbərliyi bütün dinlər üçün bərabər şəraiti təmin edir”.

Şeyxülislam A.Paşazadə Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri qeyd edib ki, Patriarx Kiril həzrətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində həmişə ədalətli mövqe tutub. Şeyxülislam deyib: “Bu ilin aprel ayında baş vermiş məlum hadisələrdən dərhal sonra AzərbaycanErmənistan dini liderlərinin görüşünü təşkil etmək üçün Patriarx Kirilin cəhdlərinin Eçmiədzində dəstək ala bilmədiyinə həqiqətən üzüldüm”.

Metropolit İlarion şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq və regionda sülhün bərqərar olmasında böyük səylərini qeyd edib. O deyib: “İştirak etdiyimiz Beynəlxalq Humanitar Forum Prezident İlham Əliyevin çox vaxtında həyata keçirdiyi təşəbbüsdür. Azərbaycan bu mötəbər tədbirə ən müxtəlif adamları - millətlərarası barışıq və dialoq işinə töhfə verən fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrini dəvət edib. Diqqəti buna çəkmək istəyirəm ki, Forum iştirakçılarının dini ənənələri fərqli olsa da, hamı eyni mövzularda, yəni, terrorizmlə mübarizənin zəruriliyi, sülh və dialoqun olması üçün səylərin birləşdirilməsindən danışırdı”.

Metropolit İlarion Volokolamski Patriarx Kirilin 70 yaşının tamam olması ilə bağlı ad günü mərasiminə dəvətini şeyxülislam Allahşükür Paşazadəyə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar