Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa çalxalanacaq...“


Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəldilər


Dünya üçün gözlənilməz surpriz olan Britaniyanın Avropa İttifaqından çıxmaq qərarının siyasi və iqtisadi nəticələri necə olacaq?

Natiq Cəfərli: "Bu qərar Avropa İttifaqına və bütün dünyaya dalğalı şəkildə öz mənfi təsirini göstərəcək".

Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yaxın iki həftədə böyük dalğalanma və çöküşlərin müşahidə olunacağını bildirdi: "Maliyə birjalarına, xammal bazarına böyük zərbə dəyəcək, dövlətlərarası münasibətlərə xələl gələcək. Kontraktların çox ciddi şəkildə nəzərdən keçrilməsi baş verəcək. Hələlik bir panika havasıdır. Çünki son zamanlar bir sakitlik yaranmışdı ki, bu qərar çıxmayacaq və Britaniya Avropa İttifaqı tərkibində qalacaq. Müəyyən arxayınlıq yaranmışdı. Bu qərarın çıxması surpriz oldu". 



Ekspertin sözlərinə görə, bir neçə gün ərzində birjalarda, bazarlarda çox ciddi dalğalanma baş verəcək: "Soyuq başla nə baş verdiyini analiz etdikdən sonra, müəyyən nəticələr əldə olunacaq. Orta və uzun perspektivdə ən böyük ziyan Britaniya iqtisadiyyatına dəyəcək. Çünki oturuşmuş bir model vardı. Britaniya dünyanın maliyyə və bank mərkəzlərindən biri idi. Bu qərardan sonra, bir çox beynəlxalq banklar və böyük korporasiyalar öz nümayəndəliklərini Britaniyadan kontinental Avropaya daşıyacaqlar. Bu barədə açıqlama da veriblər. Bu ziyanın nəticəsi olaraq funt-sterlinq dəyərdən düşüb və düşməkdə davam edəcək. Bu gün funt-sterlinq son 30 ilin ən aşağı səviyyəsinə düşüb. Bu qərar Avropa İttifaqına və bütün dünyaya dalğalı şəkildə öz mənfi təsirini göstərəcək".

Zərdüşt Əlizadə:"Şotlandiyanın Britaniyadan ayrılması məsələsi yenidən gündəmə gələcək". 

Mövzu ilə bağlı Qaynarinfo.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Böyük Britaniyanın bu qərarı Avropa İttifaqına elə də ciddi təsiri olmayacaq. "Çünki Aİ Britaniyaya görə yaranmamışdı. Britaniya 1973-cü ildə bu İttifaqa qoşulub. Avropa İttifaqının qurulması mərhələli və düşünülmüş şəkildə həyata keçirilib. Onsuz da Britaniya Avropa İttifaqının müəyyən layihələrində iştirak etmirdi. Bu qərardan sonra, Britaniya öz xarici ticarətini nizamlamaq üçün xeyli danışıqlar aparmalıdır. Xeyli əngəllər yaranacaq. Referendumun nəticəsindən sonra, ehtimal olunur ki, Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı məsələ yenidən gündəmə gələcək.  Britaniya rəhbərliyi Dünya Maliyə Mərkəzi statusunu saxlaması üçün ağır görüşlər aparmalı olacaq". 



Politoloqun fikrincə, Avropa İttifaqı hələ uzun müddət güc mərkəzi kimi dayanıqlığını qoruyub saxlaya biləcək: "Bir neçə il öncə İsveçrə Aİ-yə girməklə bağlı ərizəsini geri götürdü. Bu da həmin referendum qaydasında oldu. İşveçrə əhalisi də Aİ üzvü olmaqdan imtina etdi. Hərçənd ki, İsveçrə Avropa ilə ən sıx iqtisadiyyatı olan bir ölkədir. Britaniyanın bu ittifaqdan çıxmasını dramatikləşdirmək gərək yoxdur. Avropa İttifaqı kifayət qədər güclü birlikdir. Dünyanın bir nömrəli iqtisadi mərkəzi hesab olunur. Siyasi cəhətdən zəiflətmək istəsələr də, iqtisadi cəhətdən güclüdür. Buna görə də uzun müddət dayanıqlığını qoruyub saxlayacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar