Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa Birliyi bizə nə verəcəksə, biz də qarşılıq olaraq onlara verməyə hazırıq” - Keçmiş XİN rəhbəri


Tofiq Zülfüqarov: “Rəsmi Bakının viza rejiminin ortadan qalxması naminə Avropa birliyinin şərtlərini qəbul edəməsi barədə heç nə deyə bilmərəm”


Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin qaldırılması məsələsində Rusiyanın mövqeyi o qədər də əhəmiyyətli deyil”.

Bu sözləri sabiq nazir Tofiq Zülfüqarov Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin qaldırılması ilə bağlı söz-söhbəti PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin qaldırılması ilə bağlı ölkə gündəmində söz-söhbətlər dolaşmaqdadır. Bildiyimiz kimi Avropa Birliyinin Gürcüstan və Ukraynaya qarşı viza rejiminin ləğvi ilə bağlı ötən ay razılaşma əldə olunub. Beləliklə 4 GUAM ölkəsindən ikisi Avropa Birliyinə (AB) inteqrasiya istiqamətində ciddi bir uğur əldə etmiş olublar. Azərbaycan da GUAM-ın üzvüdür və Azərbaycan da adıçəkilən iki ölkə ilə eyni dövrdə müstəqillik əldə edən respublikadır. Həmçinin Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında enerji əməkdaşlığı ən yüksək səviyyədə genişləndirilir, ticarət dövriyyəsində də problemlər yoxdur. Məsələn, Statistika Komitəsinin aprelin 12-də açıqladığı rəsmi məlumata görə, bu ilin ilk iki ayında Avropa Birliyi ilə ticarət dövriyyəsi 42,9 faizi təşkil edib. 

Yayılan məlumatlara əsasən viza rejiminin ləğvindən ötrü Avropa Birliyinin Azərbaycana həm demokratiya, həm qanunvericilik bazasının yaradılması üçün müəyyən şərtləri var. Qurum Azərbaycanda siyasi islahatların dərinləşdirilməsini və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü də istəyir. Məsələ ilə bağlı açıqlama verən deputat Zahid Oruc bildirib ki, Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün xeyli sərt prosedurlardan keçməli olurlar. Hər bir vətəndaş öz bank hesabına 3 min dollardan yuxarı vəsait qoymalıdır. Bir sıra hallarda Azərbaycan vətəndaşları həmin vizanın alınması üçün rüşvət tələbi ilə də üz-üzə qalırlar. Bütün bunların ortadan qalxması üçün viza rejiminin ləğv olunması ən optimal variantdır. Viza rejiminin ləğvi üçün Azərbaycana qoyulan öhdəliklər və şərtlərə gəlincə, Zahid Oruc qeyd edib ki, bu şərtlərin qəbulunun Azərbaycandakı siyasi, hüquqi, iqtisadi proseslərin AB-nin inhisarına keçəcəyi barədə düşüncələr məsələyə səthi yanaşmadır. Narahatlığa əsas yoxdur.

Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin qaldırılması məsələsi mümkündürmü və rəsmi Bakı viza rejiminin ortadan qalxması naminə Avropa birliyinin şərtlərini qəbul edə bilərmi? Ümumiyyətlə Rusiyanın bu məsələ ilə bağlı mövqeyi necə ola bilər və Dağlıq Qarabağ cəbhəsində bu məsələ ilə bağlı hansısa gərginlik yaşana bilərmi? Bundan başqa Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşev Bakıya son səfəri həm də bu məsələ ilə əlaqədar ola bilərdimi?  

PİA.AZ-ın əməkdaşı bu suallarla sabiq xarici işlər naziri Tofiq Zülfüqarova müraciət edib.

Tofiq Zülfüqarov: “Avropa Birliyi ilə vizanın ləğv edilməsində Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, Avropa Birliyi bu məsələdə bizə nə verəcəksə, biz də qarşılıq olaraq onlara verməyə hazırıq”.


Məsələ ilə bağlı PİA.AZ-a danışan sabiq xarici işlər naziri qeyd edib ki, Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi məsələsində Azərbaycanın sərgilədiyi mövqe düzgündür. Çünki bu məsələdə Azərbaycanın mövqeyində hər iki tərəfin bərabərliyi göstərilir:

“Rəsmi Bakının viza rejiminin ortadan qalxması naminə Avropa Birliyinin şərtlərini qəbul edib-etəməsi barədə heç nə deyə bilmərəm. Amma onu da qeyd edim ki, hər iki tərəf istəyir ki, viza rejimi qaldırılsın. Azərbaycan da uzun müddətdir ki, bu istiqamətdə Avropa Birliyi ilə danışıqlar aparırdı. Avropa Birliyi ilə vizanın ləğv edilməsində Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, Avropa Birliyi bu məsələdə bizə nə verəcəksə, biz də qarşılıq olaraq onlara verməyə hazırıq. Mən hesab edirəm ki, Azərbaycanın bu mövqeyi çox düzgün mövqedir. Çünki bu mövqedə tərəflərin bərabərliyi göstərilir. 

Müxtəlif səbəblərə görə digər ölkələr Avropa Birliyi ilə vizanın ləğv edilməsi məsələsində ayrı mövqe tuturlar. Yəni başqa ölkələr Avropa İttifaqı ölkələri üçün tam şəkildə vizanı qaldırırlar. Amma Azərbaycanın mövqeyi tamamən tərəflərin bərabərlik məsələsidir. Zamanla Azərbayacanın bu bərabərlik mövqeyi dəyişəcək ya yox, onu deyə bilmərəm. Amma bu məsələdə bəzi məqamları da qeyd etmək lazımdır. Məsələn, bəlkə də ,Azərbaycan üçün Avropa Birliyi ilə vizanın hansısa hissəsin aradan götürmək mənası olan addım ola bilərdi. Yəni bu addımda əsas məqsəd turizmin inkişafı, sərmayədarları ölkəmizə cəlb etmək və digər məsələlər ola bilərdi. 

Tofiq Zülfüqarov: “Azərbaycanla Avropa Birliyi arasında olan viza məsələsində əlavə maddələr ola bilər”.


Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin qaldırılması məsələsində Rusiyanın mövqeyi o qədər də əhəmiyyətli deyil. Çünki Azərbaycanın Rusiya ilə olan viza rejiminin tələbləri Avropa Birliyi ilə viza məsələsinin tələbləri ilə əlaqədar deyil. Yəni onsuz da qanunlara görə Azərbaycandan çıxmış və vizasız Azərbaycana gəlmiş bir insan Rusiya ərazisinə daxil olanda sərhəd məntəqəsindən keçir. Sərhəd məntəqəsində də o insanın sənədlərinə baxırlar. Əgər onun Rusiyaya vizası yoxdursa, onda o ölkəyə buraxıla bilməz. Buna görə də Azərbaycanla Avropa Birliyinin arasında viza rejimin ləğv edilməsi birmənalı şəkildə Rusiyaya aid olan məsələ ola bilməz və bu məsələyə Rusiyanın mövqeyi başqa cür də ola bilməz.
 
Burda önəmli bir məsələ daha var. Azərbaycanla Avropa Birliyinin arasında viza rejimin ləğv edilməsi məsələsi Azərbaycan-Ermənistan konfliktində nəyisə dəyişməməlidir. Çünki Azərbaycanla Avropa Birliyi arasında olan viza məsələsində əlavə maddələr ola bilər ki, ərazi işğal olunduğuna görə xüsusi rejim tətbiq olunsun. Bu problem həll ediləsi problemdir. Əgər qərar qəbul edilsə ki, bu problemə yenidən baxılsın və yeni şəriat yaradılsın, bu zaman məsələyə baxılcaq. Məsələyə baxılandan sonra da məsələ həll ediləcək. Təbii ki, bir çox məsələlər var ki, onları danışıqlar vasitəsi ilə həll etmək mümkündür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar