Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avropa Birliyi Azərbaycana heç vaxt Avropa ölkəsi kimi yanaşmayıb”

Avropa Birliyi ölkələri və “Şərq tərəfdaşlığı”nın (ŞT) altı ölkəsi – Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, Belarus və Ermənistan – noyabrın 24-də Brüsseldə beşinci sammitə toplaşacaq


Əvvəlki, dördüncü sammit 2015-ci il mayın axırında Riqada olub. Avropa məmurları və ekspertlər keçən iki ilyarımdan artıq vaxtda “Şərq tərəfdaşlığı”nın durumunu müəyyənləşdirmək imkanı verən “çox böyük işlər” görüb ki, bu da Avropa parlamentinin bu günlərdə qəbul etdiyi qətnamədə əksini tapıb. Birinci və başlıca vəzifə qoyulub: 2020-ci ilə doğru “Şərq tərəfdaşlığı”nı qoyulmuş 20 əsas vəzifənin icrasına yönəltmək. Sıradakı yönlər müəyyən olunub: iqtisadi inkişaf və bazar imkanları, dövlət institutları və cəmiyyətin möhkəmləndirilməsi. Bunların hamısı Brüsselin Avropa Birliyinin şərq qonşularıyla münasibətlərinə yeni dinamika vermək üçün nəzərdə tutulub.

İkincisi. AB ilə assosiasiya haqda sazişləri olan və “aydın şərtlərin icrasından sonra Avropa yolunda əsaslı tərəqqi sərgiləyən” ölkətək bəzi iqtisadi imtiyazlar vəd olunan ölkələr kimi Gürcüstan, Moldova və Ukrayna ayrıca qrupa seçilib.

Üçüncüsü. “Təkcə müxtəlif sürətlərlə hərəkət etməyən, həm də AB ilə əməkdaşlıqda müxtəlif səylərə malik olan” Belarus, AzərbaycanErmənistan özəl yarımqrupa salınıb.

Bu zaman qeyd etmək önəmlidir: Avropa ekspertləri hesab edirlər ki, Belarus və Azərbaycan kimi ölkələrdə Avropa modeli üzrə siyasi və yaxud sosial-iqtisadi transformasiyalar baş vermir, Ukrayna və Moldova isə “rus təhlükəsi” bəhanəsilə praktik gündəliyi bilə-bilə “geopolitika” ilə əvəzləməyə çalışır. Bütövlükdə isə ŞT-nin altı ölkəsini bir ümumi, lakin müxtəlif cür motivləşdirilmiş amil birləşdirir: geopolitikanı birinci,   Brüsselin məcbur etdiyi daxili islahat proqramlarını isə yalnız ikinci və ya üçüncü mövqeyə çıxarmaqla gündəlikdə öz şərhlərini irəli çəkmək cəhdləri. Səbəblər aydındır: AB-nin təklif etdiyi daxili-siyasi və iqtisadi islahatların gerçəkləşdirilməsi hazırda bu ölkələrdə fəaliyyətdə olan rejimlərin gec, ya da tez dəyişilməsinə aparır. Buna görə də Brüsselin “Rusiyanı yeni demokartik rejimlərlə” mühasirəyə almaqla Moskvanı AB üçün arzu edilən dəyişikliklərə doğru dümsükləyəcəyi haqda romantik təsəvvürləri tutarsız çıxır. Kiyev, Bakı, Tiflis, Kişinyov, Minsk və İrəvan rejimləri heç nəyə baxmadan faktiki olaraq Rusiyadan dördəlli yapışıb. Avropa komissiyasının qrifi altında çıxan sənədlər isə Avropa Birliyinin özünün “şərq siyasəti”nin göstərilən dilemmasını necə həll etmək niyyətində olduğu sualını cavablandırmır. Bəziləri hesab edirlər ki, “Şərq tərəfdaşlığı” ölkələrinin assosiasiya haqda saziş çərçivəsində öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olmamasıAB tərəfdən maliyyələşmənin dondurulmasına, ya da müqavilənin müəyyən hissələrinin dayandırılmasına aparmalıdır. Lakin daxili islahatların prioriteti iddiası yeni “maydanlara”, ŞT üzvlərində dövlətçilik böhranına şərait yarada bilər.

Nəzərə almaq lazım gəlir ki, Brüssel daxili islahatlar deyəndə təkcə korrupsiya və “yerli oliqarx strukturların özəl maraqları” ilə mübarizəni, siyasi demokartikləşməni deyil, həm də etnik azlıqların vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu təklif Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan kimi ölkələr üçün baron Münhauzenə öz saçından yapışıb bataqlıqdan çıxmağı təklif etmək kimi görünür. Və cənab barondan fərqli olaraq onların buna şansı azdır. Örnək üçün uzağa getmək lazım deyil. Ukrayna Minsk sazişinin icrası, ölkənin cənubi-şərqində durumun tənzimlənməsi üzrə Luqansk və Donetsklə danışıqlar aparmaqdan imtina edir. Bu, Kiyevlə Brüsselin münasibətlərində ciddi böhrana səbəb olub ki, bu da AB-nin Ukrayna missiyası başçısının daimi tənqidi bəyanlarından xüsusən bəllidir. İstisna olunmur ki, AB gələcəkdə müxtəlif yönlər üzrə Kiyevə yardımı dondurmaq və yaxud yığışdırmağı qət edəcək, Brüssel artıq Moldovada bu cür variantı tətbiq edib.

Sonra. Məlum olub ki, AB-nin üzv ölkələrinin səfirləri Brüsseldə Dağlıq Qarabağ münaqişəsinə dair bir abzasdan savayı “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsini artıq razılaşdırıblar. AzərbaycanErmənistan bu problem üzrə sənəddə bir-birini qarşılıqlı şəkildə istisna edən formulu keçirməyə cəhd edir. Belə bir hal artıq 2015-ci ildə ŞT-nin Riqa sammitində BakıAzərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində BMT TŞ- qətnamələrinin təməl prinsip olduğunu” təkid edərkən baş verib, lakin bu formul Avropa institutlarının formulyarlarında, o cümlədən ATƏT Minsk Qrupunun işgüzar sənədlərində qeyd olunmur.

Hətta Bakı AB ilə assosiasiya haqda sazişi imzalamaq imtinasını bununla izah edib ki, sənədin preambulasında Azərbaycanın ərazi bütövlüyünün saxlanması haqda xatırlatma yoxdur. Brüsel aralıq variantı təklif edib – mövcud münaqişələri adbaad ayırmamaq və beynəlxalq hüququn prinsip və normaları əsasında münaqişənin dinc həllinə cəhdləri gücləndirməyə çağırmaqla bu və ya digər problemi konkret göstərmədən ümumi formulə ilə kifayətlənmək.

Və indi hər şey əvvəlki kimi gedir. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, ölkəsi Avropanın bütün institutlarına könüllü girib. Onun “Şərq tərəfdaşlığı”na sarı bütün sonrakı addımları bu inamla atılıb ki, Rusiyadan yan keçən energetika layihələrini gerçəkləşdirərək, az qala, “Avropanın energetik təhlükəsizliyinə zamin” rolunda çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq Bakının ssenarisi üzrə tənzimlənməsində AB-nin müsbət münasibətinə nail olacaq.

Və nəticədə nə oldu? Ermənistan başqa məsələdir. Birincisi, onun Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi Avropanınkıyla bütünlüklə üst-üstə düşür. İkincisi, Avropa ekspertləri hesab edirlər ki, “Şərq tərəfdaşlığı” formatında Ermənistanla Gürcüstan arasında kommunikasiya əlaqələrinin genişləndirmək olar. Üçüncüsü, bütün əlamətlərə görə, Rusiya İrəvanın hərəkətində özünə qarşı oyun görmür, axı Ermənistan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olaraq özünün strateji seçimini artıq müəyyənləşdirib. İndi Gürcüstanla alyans bazasında AİB-lə AB arasında körpü qurmaq şansı meydana çıxır.

Belə ki, “Şərq tərəfdaşlığı”nın növbəti sammiti iştirakçıların – heç olmasa, Ermənistanla Gürcüstan arasında – üfüqi əlaqələrinin bir qisminin gerçəkləşdirilməsi yenilikləriylə başa çatsa, bu, diplomatik arşınlar üzrə də nəticə olacaq. Bakının fikrə getməyə nəyisə var. Azərbaycan transqitə ölkələrinin o bölümünə aiddir ki, ərazisi həm Avropada, həm də Asiyada yerləşir. Ancaq AB Azərbaycanla heç vaxt Avropa ölkəsi kimi davranmayıb, halbuki Ermənistan Avropada başqa cür qəbul edilir. Brüssel Bakıya istehlakçı kimi yanaşır, islam dünyasının ölkəsi kimi aralı saxlayır. Bu, eyni dərəcədə Azərbaycanın Avropadan sıxışdırlmağa başlanan Türkiyə kimi strateji tərəfdaşına da aiddir. Bütün bunlar təsadüfdürmü?

Stanislav Tarasov

regnum.ru, 20.11.2017

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar