Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atlant“dakı silahlı insidentlə bağlı rəsmi açıqlama


İstirahət mərkəzində xuliqanlıq etmiş 2 nəfər həbs edildi


Baş Prokurorluq “Atlant” istirahət mərkəzində xuliqanlıq etmiş şəxslərin həbs edilməsi ilə bağlı məlumat yayıb.

 Prokurorluqdan daxil olan məlumatda bildirilir:
 
“1 avqust 2014-cü il tarixdə saat 24 radələrində Xaçmaz rayonunda fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində Bakı şəhər sakini Əliyev Ziya Elxan oğlunun tanışı Ağayev Vüqar İslam oğlu ilə sərxoş vəziyyətdə qrup halında içtimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində silah qismində istifadə edilən ov tüfənginin tətbiq olunacağı hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, o cümlədən sonuncunun diskotekanın işçisini nalayiq sözlərlə təhqir etməsində və içtimai qaydanın pozulmasının qarşısını almaq istəyən istirahət mərkəzinin mühafizəçilərinə müqavimət göstərməklə onlara xəsarət yetirməsində, habelə Z.Əliyevin onun  qərəzli hərəkətlərinə dəstək verərək gəzdirdiyi “Çatuş C-507” markalı ov tüfəngini nümayiş etdirib atəş açacağı və istirahət mərkəzində olan şəxslərə real xəsarət yetirəcəyi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri törətmələrində əsaslı şübhələr olduğundan faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Z.Əliyev və V.Ağayev tutularaq istintaqa cəlb edilib və onlara CM-in 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə Səbail rayon məhkəməsinin qərarı ilə barələrində  həbs qətimkan tədbiri seçilib.
 
Hazırda cinayət işi üzrə istintaq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar