Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atəşkəsin pozulmasına son qoymaq üçün kömək etməyə hazırıq”


“Minsk Qrupunu Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı məlumatlandırırıq”


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik APA-ya müsahibə verib.

Jurnalistin “Bəlli olduğu kimi, ermənilər işğal olunmuş Kəlbəcər rayonunda azərbaycanlıları girov götürüblər. Onlardan biri öldürülüb, ikisi girov saxlanılır. Nəyə görə bu vaxtadək ATƏT-in Minsk Qrupu baş verənlərə reaksiya verməyib” sualına şəxsi nümayəndə belə cavab verib: “Daxil olan məlumata əsasən, 3 azərbaycanlı təmas xəttini keçdikdən sonra Kəlbəcər rayonuna gediblər.

Onlardan ikisi girov götürülüb, bir nəfər öldürülüb. Belə hallarda bu cür məsələlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məşğul olur. BQXK nümayəndələri iyulun 26-da saxlanılan iki nəfərlə görüşüblər, onlardan yaxınları üçün məktubları alıblar, indi isə üçüncü şəxsin meyitinin ailəsinə təhvil verilməsi ilə bağlı müzakirələr aparırlar.

Şəxsi Nümayəndəlik məsələni diqqətdə saxlayır və daim BQXK ilə təmasdadır. Nümayəndəlik sədrliyi, habelə ATƏT-in Minsk Qrupunu hadisələrin gedişatı haqqında məlumatlandırır”. Məlum olduğu kimi, son vaxtlar qoşunların təmas xəttində gərginlik artıb. Maraqlıdır, tərəflər bu gərginliyi azalda bilərlərmi?

Anjey Kaspşik vurğulayıb ki, iyulun 22-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ErmənistanAzərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər keçiriblər: “Onlar gərginlik və zorakılığın artmasından, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində dinc sakinlərin məqsədli şəkildə öldürülməsindən narahatlığını ifadə ediblər. Həmsədrlər tərəfləri dinc əhali arasında ölüm hallarından, kəndlərə hücumlardan qaçmaq üçün öhdəlik götürməyə çağırıblar. Vasitəçilər həmçinin xarici siyasət idarələrinin rəhbərlərini gərginliyi azaltmağa, atəşkəs rejiminə əməl etməyə səsləyiblər. Axı bu, tərəflərin üzərinə götürdüyü məsuliyyətdir. Daimi Nümayəndəlik istənilən yollarla atəşkəs rejiminin pozulmasına son qoymaq üçün kömək etməyə hazırdır. Nümayəndəlik tərəflərə monitorinqlər zamanı ATƏT radiusunu istifadə etməklə, birbaşa müzakirələr aparmaq, habelə narahatlıq doğuran məsələlərə aydınlıq gətirmək və bu cür halların azaldılması üçün faydalı ola biləcək istənilən tədbirləri dəstəkləmək imkanı yaradır”.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland regiona səfəri zamanı tərəflərə Parisdə görüşməyi təklif etmişdi. Bəs bu məsələdə necə, irəliləyiş varmı?

Şəxsi nümayəndə xatırladıb ki, bu yaxınlarda XİN başçıları ilə görüşlər zamanı həmsədrlər prezidentlərin görüşündə toxunula biləcək mövzuları müzakirə ediblər, habelə sülh danışıqlarında irəliləyişin əldə edilməsi üçün ErmənistanAzərbaycan prezidentləri arasında görüşün keçirilməsinin vacibliyini vurğulayıblar.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar