Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atan da məni beləcə ağlatmışdı...“ - Elşən Musayev


1991 - in yayı idi. Atamın işsiz qalmağının düz 3 ili tamam olurdu


O qədər kasıblamışdıq ki, qənd baha olduğu üçün evdə çayı iran xurması ilə içirdik. Həm də say hesabı ilə.

Tətil idi. Rayona istəyirdim. Nənəm gilə. Amma məni avtobusla göndərməyə belə pulları yox idi valideynlərimin. Gözləyirdilər ki, qohumdan - tanışdan kiminsə yolu Oğuza düşsün, məni də qoşsunlar ona. Yəni gediş pulsuz başa gəlsin.

Sumqayıtda atamın dostu vardı. Niyazi müəllim. Bacısı Oğuzda yaşayırdı. Bir gün atama dedi rayona gedirəm, nə qulluq? Sanki göydəndüşmə oldu. Atam məni də aparmağını xahiş etdi. Təbii, adam da ürəklə, canla - başla razılaşdı.

20 Yanvar metro stansiyasının yanında zaman vədələşib, görüşüb, məni caladılar Niyazı müəllimə. Və beləcə yolculuğumuz başladı...
İlk dəfə idi görürdüm onu. Qəribə insan idi. İnanılmaz da pozitiv. Ancaq danışıb gülürdü. Sanki tay - tuşmuşuq kimi.

Niyazi müəllim bizim çox kasıbladığımızı bilirdi. Üstəgəl, hissiyyatlı adam olduğu üçün həm də onu təxmin edirdi ki, bir kasıb uşağın nisgili, arzusu hansı civarda, çərçivədə ola bilər...

4 saatlıq yol boyunca maşını 4 restoranda saxladı. Birində kabab yedik, birində sup içdik, digərlərində çay. Tox idik. Tam. Amma bu adam sanki özünə cəhd gəlmişdi ki, illərdir getmədiyim, ayaq basmadığım restoranları mənim üçün adiləşdirsin. Gözüm nədəsə qalmasın.

Sonra bir dükanda saxladı. Dedi, ay Elşən, bacım oğluna bir şalvar almaq istəyirəm, eyni boyda olarsız, olar ölçünü sənin üzərində yoxlayaq? - Təbii, etiraz etmədim. Yoxladı, maşına çatanda qayıtdı ki, bunu əmi sənə alıb, mübarəkdi...

Utandım.Amma içimdə qərib bir sevinc vardı. O şalvar son 4 ildə mənə alınan tək paltar idi. Üstəlik, 30 manata! Aylardır cibində 1 manatı belə olmayan uşağa alınan bu 30 manatlıq bahalı şalvarın, onun sevincinin nə demək olduğunu dərk etmək, anlamaq üçün isə yalnız və yalnız o uşağın yerində olmaq gərəkdir. İnanın, səmimi deyirəm...

Sonra Qəbələdə bir də dayandıq. Ordan da bir bəhanə ilə, guya kiməsə hədiyyə edirmiş göstərgisi ilə "Palaroid" foto aparatı aldı. Oğuza çatanda onu da mənə uzatdı ki, sənindir. Şəkillərini çəkib sonra əmiyə göstərərsən...

Əlqərəz, mən Niyazi müəllimi həyatda ilk və son dəfə gördüm. Həm də 4 saat müddətincə. Amma içimdəki, qəlbimdəki 4 illik aclığı, boşluğu doldurmaq üçün bu insana gerçəkdən həmin 4 saat yetdi...

2 il sonra isə Niyazi müəllimin ölüm xəbərini aldım. 42 yaşında dünyasını dəyişdi.
Oğlu 2, qızı 1 yaşında ikən...

***

Dünən Sənanla idim. Niyazı müəllimin oğlu ilə. Artıq onun 22 yaşı var.
5 aylıq cəhdlərdən sonra nəhayət Sənanın iş məsələsini həll edə bildim. Çox uzun minnət - xahişdən sonra...

Elə xoşbəxt idi ki...Qanad axtarırdı uçmağa. Sevincindən ağlayırdı..

Birdən sakit bir vəziyyət aldı. İki əlinin içi ilə yanağındakı yaşı sildi.Və qəfil sual verdi: "Müəllim niyə bu qədər canfəşanlıq elədin mənim üçün?"

Dedim, 20 il əvvəl atan da məni bax beləcə ağlatmışdı. Sevincdən.
Ona görə....

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar