Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atam ikinci arvadını evimizə gətirdi” - Günel


“Space” telekanalının aparıcısı Günel Həsənzadə “Gəlin danışaq” verilişinin qonağı olub


Axşam.az-ın məlumatına görə, Günel Banu kimi tanınan aparıcı görünüşü ilə diqqət çəkib. Xeyli kökələn G.Həsənzadə saç düzümünü də dəyişib. Onları saraldaraq, bir yanını keçəl etdirib.

Günel aparıcılıq sahəsinə gəlməsindən söz açıb:

“Hansı verilişi apardımsa, məni onun adı ilə çağırdılar: Banu Günel, Günaydın Günel, Münəccim Günel, Möcüzə Günel. Bunlar məni narahat etmir. 1997-ci ildən çalışıram. 3 ay pulsuz çalışdım, sonra maaş aldım. “Space”in ən qocaman işçilərindənəm. “Təhminə” filmində rejissor köməkçisi olmuşam. Beşinci sinifdən yaşımdan böyük kitablar oxumağa başladım. Azərbaycanda kinorejissorluq fakültəsinə ilk qəbul olan qız mənəm. Film çəksəm, enisklopediyaya düşərəm. Amma çəkməyəcəm, hövsələm yoxdur. Tofiq İsmayılov bütün qızları imtahandan kəsirdi ki, sənin yerin kinostudiya yox, mətbəxdir. Yaxşı ki, imtahanda o yox idi, o, olsaydı məni də kəsəcəkdi”.

Günel daha sonra ailəsindən söz açıb. O bildirib ki, ailənin tək övladıdır:

“Anamla tək yaşayıram. Atam yoxdur, beş yaşımda anamla ayrıldılar. Bizi itirib, onu tanıyıram. Amma yenidən görüşməyə fikrim yoxdur. İkiotaqlı evimiz var idi. Atam başqa qadınla evlənib otağın birində qalırdı. Anamla mən isə digər otaqda yaşayırdıq. Düzdür, dalaşmırdılar, amma psixoloji gərginlik var idi. Üç uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin... Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Onlara baxmayaraq mən pozitiv olmağa çalışıram. Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, sənin atan deyil. O biri bacılarınn atasıdır. Mən kişi olsaydım qadınımı o evə gətirməzdim. Baxırsa, qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi də atamın mənə yaşatdığı o anlardır. Heç kimə güvənmirəm, hamıya dost kimi baxıram. Anam onun uşaqlarına yemək, şirniyyat verirdi. Getməyə yerimiz yox idi. Anam çalışırdı, məni saxlayırdı. Bacılarımı çox istəyirəm, amma onlara yaxınlaşmıram. Sumqayıtda xəstəxanada yatanda yanıma gəldilər, mənə yaxınlaşmaq istəyirlər. Amma alınmır məndə”.

Aparıcı maddi sıxıntılarından da danışıb:

"İndi ancaq adım var, heç nəyim yoxdur. Evim bankda kreditdədir. Ödəyə bilmirəm, gecikdirirəm. Maşınım yoxdur. Anamla birlikdə yaşayıram. Hərdən kimsə yığır qohumumsan. Uşaqlıqda yanımda olmayanlar indi məni axtarır. Buna narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi kişilərin xəyanətkar olmasıdır. Bəzəndə işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar