Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ata qızı ilə evlənə bilər” - Din xadimləri belə iyrənc açıqlamaları hansı məqsədlə verirlər?


Psixoloq: “Din xadimləri özlərinin Allahın sözünü çatdıran vasitəçi “hüququnu”saxlamaq üçün bu yollara baş vururlar”


“Belə fətva verən din xadimlərinin təbii ki, müəyyən psixoloji problemi olur. Onlarda şizofreniya əlamətləri gizli və aşkar formada özünü göstərir. Onlar qeybdən səslər gəldiyini və ya olmayan bir şeyi var kimi sübut etməyə çalışırlar”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı misirdə bir din xadiminin müsəlman kişilərin qeyri-qanuni doğulan qızları ilə evlənə biləcəkləri açıqlamasını PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Misirdə bir din xadimi müsəlman kişilərin qeyri-qanuni doğulan qızları ilə evlənə biləcəklərini deyib. Ölkənin Əl-Azhur Universitetində işləyən sələfi din xadimi Mazen Əl Sersavi bu açıqlamanı verib. Onun sözlərinə görə, qeyri-qanuni doğulan qız uşağı atalarının soyadını daşımır və buna görə də həmin uşaq atanın qızı hesab edilmir. 

Din xadiminin bu açıqlaması sosial mediada böyük etiraza səbəb olub. Bu etirazlardan sonra o təkrar açıqlama verərək “uşaqlara bir zərər vermədiyi halda evlənmələri yanlış deyil” deyə əlavə edib. O, həmçinin qız uşaqlarının evlənməsi üçün bir yaş müəyyən edilmədiyini də vurğulayıb.

Din xadimlərinin bu şəkildə iyrənc açıqlamalar verməsini nəylə əlaqələndirmk olar və bu tipli açıqlamalar verən dini liderlərin özlərinin psixoloji problemləri ola bilərmi? Niyə bu kimi açıqlamalar digər dinlərin, misal üçün xristianların, yəhudizmin, buddistlərin, krişnaistlərin  nümayəndələrinin dilindən səslənmir, ancaq mütəmadi olaraq islam dinin elmi mərkəzlərindən hesab olunan Misirdə və Səudiyyə Ərəbistanında səsləndirilir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı psixoloq Fərqanə Mehmanqızına müraciət edib.

Image result for Fərqanə Mehmanqızı

Fərqanə Mehmanqızı: “Nə qədər ki, islamı sağlam məntiqlə, elmi baxışlarla yox, qorxu içində anlayacağıq, belə fətvaları çox eşidəcəyik”.


Bütün ölkələrin dini kitabları, dini ayinləri, duaları öz dillərində yerinə yetirdiklərini vurğulayan psixoloq Fərqanə Mehmanqızı mövzu ilə bağlı  bildirib ki, bunların hamısını islamda ərəb dilində yerinə yetirirlər. Bu da ərəb dilinin və ərəb dini liderlərin bizim, yəni islam dinindən olan millətlərin mənəviyyatını istədiyi kimi yönəltməsinə şərait yaradır:

“Ümumiyyətlə tarix boyu hər bir dində din xadimləri ağla gəlməz qanunları insanlara dinin adından diktə edib. Bu nəinki islamda bütün dinlərdə, istər dünyəvi, istərsə də itib batmış dinlərdə belə olub. Din xadimləri özlərinin Allahın sözünü çatdıran vasitəçi “hüququnu”saxlamaq üçün bu yollara baş vururlar. Olmasa onlar kütlələri idarə etməlidir. Bu kütlələr əsasən psixoloji aslılığı olan insanlardan ibarət olur. Belə fətva verən din xadimlərinin təbii ki, müəyyən psixoloji problemi olur. Onlarda şizofreniya əlamətləri gizli və aşkar formada özünü göstərir. Onlar qeybdən səslər gəldiyini və ya olmayan bir şeyi var kimi sübut etməyə çalışırlar. 

Mən deyərdim ki, bədbəxtçilik onların o fətvaları verməsi yox, bu fətvaları dinləyən kütlənin buna etiraz etməməsi, daha doğrusu həmin din xadimini rədd etməməsidir. Dindarlar bu tipli şizofrenik din xadimlərini moizə söyləməkdən məhrum etməlidirlər. Faciə burdan başlanır. Bu kimi açıqlamalar digər dinlərdə vaxtı ilə olub, amma bu etapı onlar keçib. Bu gün o dinlər insanları idarə etməyə yox, onların mənəviyyatının yetişməsinə qulluq edir. 

Fərqanə Mehmanqızı: “Din insanların mənəviyyatının inkişafına qulluq etməlidir. Kütləni qorxu içində saxlayıb istədikləri istiqamətdə yönəltmək üçün yox”.


Niyə islam dinin elmi mərkəzlərindən çıxır belə fətvalar? Çünki Quran və bu din insanlara ərəb dilində və bu ölkədə verilib. Ona görə də onlar bu dinlə istədiyi kimi rəftarı özlərinə icazə verirlər. Din insanların mənəviyyatının inkişafına qulluq etməlidir. Kütləni qorxu içində saxlayıb istədikləri istiqamətdə yönəltmək üçün yox. Bu gün mənəviyyatsızlığa, insanlıqdan kənar bir şeyə, yaxud da bəzi Afrika qəbilələrindəki mənəviyyata zidd adətlərdən ilhamlanıb fətva vermək, din vasitəsilə insanları istismar etmək, onları mənəviyyatsızlığa yönəltmək deməkdir.

Bunların hamısın islamda hamı ərəb dilinin hakim olmasından doğur. Bu da ərəb dilinin və ərəb dini liderlərin bizim, yəni islam dinindən olan millətlərin mənəviyyatını istədiyi kimi yönəltməsinə şərait yaradır. Nə qədər ki, islamı sağlam məntiqlə, elmi baxışlarla yox, qorxu içində anlayacağıq, nə qədər ki, islamı öz dilimizdə oxuyub, qəbul edib, özümüzünküləşdirib mənəviyyatımıza əlavələr etmiyəcəyik, belə fətvaları çox eşidəcəyik. Diqqət etsəz görərsiz ki, bütün ölkələr dini kitablarını, dini ayinləri, duaları öz dillərində yerinə yetirirlər. Amma islamda hamı ərəbcə ayinləri həyata keçirir, ərəbcə dua edir. Bu da yuxarıda da qeyd etdiyimiz kimi ərəb mənəviyyatının, bəzən isə afrikalıların bizim, yəni islam dinindən olan digər millətlərin mənəviyyatının korlamasına və neqativ istiqamətdə yönəltməsinə şərait yaradır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar