Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Arxivlərdə gizli bir şey qalmayıb…” – Ayaz Mütəllibov

XX əsrin 80-ci illərindən başlayaraq Sovet imperiyası süquta hər gün bir az yaxınlaşırdı


Cənubi Qafqazda isə Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan torpaq davası 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya olunmasına gətirib çıxardı.

Ardınca 1990-cı ildə 20 Yanvar hadisələri törədildi. 1991-ci ilin dekabrında Belarusda üç respublikanın – Rusiya Federasiyası, Ukrayna və Belorusiya (indiki Belarus) rəhbərlərinin imzaladığı “Belovejsk sazişi” ilə SSRİ süqut etdi və tarixin arxivinə gömüldü.

SSRİ-nin süqutu heç də proseslərin, hadisələrin qovluqda qalmasına səbəb olmayacaqdı.
Müstəqil Azərbaycan xalqı baş verənləri arxivlərdən axtarmaq istəyəcəkdi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bir müddət əvvəl Modern.az saytına mövzu barədə danışarkən qeyd edib ki, “KQB” arxivlərinin açılmasında Qərb hərbi-siyasi dairələri çox maraqlıdır.

“1918-ci ildən 1991-ci ilə qədər böyük bir zamanı əhatə edən sənədlərin, məxfi qrif altında olan materialların açılması sovetləşmə, kommunistləşmə hərəkatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bizimlə eyni zamanda müstəqillik qazanmış dövlətlərdən bir çoxunda qeyd etdiyiniz arxivlərin açılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, müxtəlif qanunlar qəbul edilib. Ümumən Qərb dövlətləri də maraqlıdır ki, SSRİ-yə daxil olan ölkələr müvafiq addımlar atsınlar, öz keçmişləri ilə üz-üzə dayansınlar”- deyən Z.Oruc bildirib ki, Qərb kommunizm sistemini, bolşevizmi, Qırmızı İmperiyanın bütün pisliklərini öz əlləri ilə ifşa etməyə çalışır.

Onun sözlərinə görə, əslində arxivlərin açılması sıradan bir hadisə deyil.
“Çünki bu, həqiqətən də zaman baxımından bir neçə addan keçmiş və hər birində də çirkli vasitələrlə SSRİ-də təhlükəsizliyin təminatı üçün həyata keçirilən gizli tədbirləri özündə ehtiva edir”.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov isə Modern.az-a açıqlamasında deyib ki, arxivlərdə artıq heç nə yoxdur.
“Arxivlərdə o qədər də maraqlı nəsə yoxdur. Biz Sovetlər Birliyinin tərkib hissəsi idik. Vaxtilə arxivlərdə çox şeylər vardı. Zənnimcə, indi arxivlərdə gizli heç nə yoxdur”.

Eks-prezidentin sözlərinə görə, arxivlərdəki materialların çoxu artıq açılıb.
“Çünki Sovet hakimiyyəti dağılandan sonra dəfələrlə yeni materiallar üzə çıxıb. Hətta, tarixçilər də bu barədə fikirlər səsləndiriblər. Hər bir açıqlamanı, hər bir detalı mətbuat geniş işıqlandırıb. Ona görə də bu məsələlərdə şübhə üçün əsas görmürəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar