Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Arıların tükənmə təhlükəsi var”


Mayın 20-də ilk dəfə Ümumdünya Arılar Günü qeyd olunacaq


PİA.AZ “Report”-a istinadən xəbər verir ki, məqsəd arıların tükənmə təhlükəsi probleminə diqqət çəkmək, əhalini arıların mühüm rolu barədə məlumatlandırmaq və onları necə qoruyub saxlamağın yollarını izah etməkdir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ətraf Mühit Proqramının (UNEP) ekspertləri dəfələrlə arıların yoxolma təhlükəsi barədə məlumat veriblər. Onlar meyvə verən çiçəkləri tozlandıran bu həşəratların azalmasının qlobal ərzaq vəziyyətini təhlükə altına sala biləcəyi xəbərdarlığını ediblər.

Qeyd edək ki, Avropada arıların azalması ötən əsrin 60-cı illərdən hiss olunmağa başlayıb. 1998-ci ildən isə proses əhəmiyyətli dərəcədə sürətlənib. Bu fenomen xüsusilə Belçika, Fransa, Almaniya, İtaliya, Hollandiya və Böyük Britaniyada müşahidə olunur.

Ekspertlər qeyd edirlər ki, arıların yaşamasının təhlükə altına düşməsi bir çox amillə, o cümlədən qlobal istiləşmə, pestisidlərdən həddindən artıq istifadə, xəstəliklər və zərərvericilərlə əlaqəlidir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar