Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununu keçirən Naxçıvanın “Araz” komandası Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb
Xatırladaq ki, “Araz” ilk oyunda Bosniya və Herseqovinanın “Mostar” komandasını 5:2 hesabı ilə məğlub edib.
Təmsilçimiz qrupda son oyununu oktyabrın 14-də Rumıniyanın “Deva” komandasına qarşı keçirəcək.
pia.az