Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aprel şəhidi”nin atası oğul itkisinə dözə bilmədi - Foto


Ötən ilin aprelində övladının tabutu bükülmüş bayrağı öpən ata dünən axşam vəfat edib


PİA.AZ-ın modern.az-a istinadən məlumatına görə, “Aprel döyüşləri”ndə şəhid olmuş gizir Bəxtiyar Hüseynovun atası Rafael Hüseynov Goranboy rayonunun Qızılhacılı kəndində yaşadığı evdə dünyasını dəyişib.
 
Mərhumun həmkəndliləri deyiblər ki, şəhid atası oğlunun ilindən bir neçə gün qabaq onun məzarı üstünə gedibmiş. Qayıdanda yolda yıxılıb. Rafael kişinin iflic olduğu deyilir. O, oğlunun ili çıxandan 9 gün sonra vəfat edib.
 
Şəhid gizir Bəxtiyar Hüseynov 1995-ci ilin 14 iyul tarixində Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da doğulduğu Goranboy rayonunun Qızılhacılı kəndində dəfn edilib.


Şəhid Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar