Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aprel savaşı hissə-hissə davam etdirilməlidir” - Politoloq


Natiq Miri: “Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanda bir milli azlıqdılar. Beynəlxalq hüquqa görə milli azlıqlar yaşadıqları coğrafiyanın, ərazinin siyasi taleyini həll edə bilməzlər”


“Düşünürəm ki, aprel savaşı hissə-hissə davam etdirilməlidir. Azərbaycan torpaqları lokal əməliyyatlar vasitəsilə işğaldan azad olunmalıdır”.

Bu sözləri politoloq Natiq Miri Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Fransa prezidenti Fransua Olland erməni icması ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxış edərkən qeyd edib ki, "Madrid prinsipləri" çərçivəsində Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər. Ollandın Azərbaycanda etirazla qarşılanan bu bəyanatına münasibət bildirən bəzi ekspertlər hesab edirlər ki, Olland bu fikirləri məhz Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır. Bəziləri isə bu bəyanatın Fransanın erməni lobbisinin təsiri altında sərgilənən mövqeyi olduğunu qeyd ediblər. 

Ollandın bu bəyanatı  ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Olland bilməmiş deyil ki, ermənilər Dağlıq Qarabağda müstəqilliyi heç bir vəchlə qazana bilməzlər”.


Ollandın bu bəyanatının erməni lobbisinin yanında özünə yer saxlamaqdan ibarət olduğunu vurğulayan politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün  Azərbaycan aprel döyüşlərini hissə-hissə davam etdirməlidir:

“Olland hakimiyyətdən getmək üzrədir və növbəti dəfə prezidentliyə namizədlik verməyəcək. Çamadanlarını yığışdıran ərəfədə bir növ erməni lobbisinin yanında günəş altında yerini saxlamaq üçün bu cür açıqlamalar verməsi müəyyən mənada başadüşüləndir. Ancaq bu cür açıqlamanın təfərrüatına gəlincə, absurd bir məsələdir. Çünki haqqların öz müqəddəratının təyinatı məsələsi ərazinin bütövlüyü prinsipindən sonra gəlir. Digər tərəfdən, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanda bir milli azlıqdılar. Beynəlxalq hüquqa görə milli azlıqlar yaşadıqları coğrafiyanın, ərazinin siyasi taleyini həll edə bilməzlər. Bu beynəlxalq hüquqda birmənalı olaraq göstərilir və çox maraqlıdır ki, bütün beynəlxalq normantivlər Azərbaycanın xeyrinə olduğu halda Dağlıq Qarabağ probleminə ikili yanaşma ilə münasibət göstərilir. Bu Qərb dünyasında, bütövlükdə ATƏT-in Minsk Qrupu çərçivəsində ikili standartı ortalığa qoyur. Nədənsə digər münaqişələrə ərazi bütövlüyü çərçivəsində yanaşıldığı təqdirdə, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ məsələsinə başqa prizmadan münasibət göstərilir. Əslində yalnış olan budur.

Ermənistan və erməni xalqı bir dəfə Azərbaycan ərazisində öz siyasi taleyini öz havadarlarının vasitəsilə həll ediblər. Nəticədə bu gün Ermənistan dövləti mövcuddur. Ermənilər Azərbaycan ərazisində milli azlıq olduğu üçün yalnız özlərinin humanitar, iqtisadi, mədəni hüquqlarını təmin edəcək yöndə qərarlar verə bilərlər. Ancaq yaşadıqları ərazinin siyasi taleyini həll etmək milli azlıqlara verilən hüquq deyil. 

Əgər  Olland Fransa prezidenti olaraq həqiqətən də həmin beynəlxalq hüququ bilmirsə, bu Fransa prezidenti adına böyük biabırçılıqdır. Bu faktın özü də göstərir ki, Olland bu məsələdə səmimi deyil. Çünki bilməmiş deyil ki, ermənilər Dağlıq Qarabağda müstəqilliyi heç bir vəchlə qazana bilməzlər. Əgər bu mümkün olsa və beynəlxalq hüquqda belə bir müddəa mövcud olsaydı, xristian dünyası, o cümlədən Minsk Qrupunun Ermənistanın havadarı olan üç həmsədr dövləti çoxdan Dağlıq Qarabağa müstəqillik vermişdilər. Beynəlxalq hüququn gərəyi olaraq onlar heç bir vəchlə Ermənistana müstəqilliyi vəd edə bilmirlər. Sadəcə bunu Azərbaycanın istəyilə həyata keçirmək istəyirlər. Məhz buna görə Qarabağ münaqişəsi 24 ildir ki, uzanır. Məsələnin mahiyyəti budur.


Natiq Miri: “Dağlıq Qarabağ problemini Azərbaycanın güzəştləri hesabına həll etmək istəyirlər”.


Münaqişə ilə bağlı danışıqların bu qədər uzanmasının səbəbi odur ki, Dağlıq Qarabağ problemi Azərbaycanın güzəştləri hesabına həll etmək istəyirlər. Son zamanlar Azərbaycan prezidentinin açıqlamaları da göstərdi ki, Dağlıq Qarabağa müstəqillik verilməyəcək və ermənilər bu müstəqilliyi ancaq röyada görə bilərlər. Ona görə də Azərbaycanın özü tədricən bu problemin həlli ilə bağlı ciddi məşğul olmalıdır. Son günlər atılan addımlar təxminən bu konstektdədir.

Düşünürəm ki, aprel savaşı hissə-hissə davam etdirilməlidir. Azərbaycan torpaqları lokal əməliyyatlar vasitəsilə işğaldan azad olunmalıdır. Artıq bu yöndə Azərbaycanın kimdənsə məsləhət almasına ehtiyac yoxdur. Çünki Azərbaycanı Dağlıq Qarabağ ərazisi daxil, bütün dünya dövlətləri və BMT bu sərhədlər çərçivəsində tanıyır. Bu beynəlxalq normativlərlə təsdiq olunub. Kimsə bunun əksini iddia edə bilməz. Əgər beynəlxalq təşkilatlar bu məsələdə acizlik göstərirlərsə və Ermənistanın tərəfini tuturlarsa, o zaman Azərbaycan BMT-nin nizamnaməsində göstərilən hüquqlarına görə öz torpaqlarını işğaldan azad etməlidir. Ola bilsin ki, bu uzunmüddətli savaş müqabilində mümkün olmayacaq, ancaq sürünən savaşla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. 

Bu siyasət yerinə yetirilərsə, hansısa zaman çərçivəsində dünya gücləri, beynəlxalq təşkilatlar da Azərbaycanın bu iddiasını qəbul etmək məcburiyyətində qalacaqlar. Yəni, prosesi biz özümüz yaartmalıyıq. Ermənistanhavadarları bizim yaratdığımız prosesin arxasında gəlməlidirlər. Biz indiyə qədər onların yaratdıqları proseslərin arxasınca sürünmüşük”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar