Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aprel atəş(kəs)i” kitabının təqdimatı olub


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun “Aprel atəş(kəs)i” kitabının təqdimatı olub


Mərasimdə çıxış edən müəllif kitabın Qarabağ savaşında həlak olanların əziz xatirəsinə həsr olunduğunu bildirib.

E.Şahinoğlu qeyd edib ki, bu kitab onun sayca üçüncü, Dağlıq Qarabağ mövzusunda isə ikinci kitabıdır: “2016-cı il yaddaqalan il oldu. Cəbhə bölgəsində dördgünlük aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. Biz 22 ildən sonra öz gücümüzü düşmənə göstərə bildik. Onların bizimlə bağlı qurduğu mifi dağıda bildik. Əgər strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar”.

E.Şahinoğlu qeyd edib ki, aprel savaşından sonra böyük dövlətlərin işğalçı Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı: “Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarını Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı. Aprel döyüşlərindən sonra Rusiya Ermənistana hərbi dəstəyini artırdı. Rusiya Ermənistanda əvvəlcə “İsgəndər” raketlərini yerləşdirdi, daha sonra silah almaq üçün İrəvana 200 milyon dollar kredit ayırdı. Üstəgəl, rusiyalı rəsmilərin il ərzində verdiyi açıqlamalar Moskvanın münaqişənin həllinə marağının olmadığını göstərdi”.

Sonda müəllif mərasimə qatılanların suallarını cavablandırıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar