"Apple" korporasiyası "iPhone 7", "iPhone 7 Pro" və "iPhone 7 Plus" modellərini gözləntilərin əksinə olaraq, bu il buraxmaya bilər
Lent.az-ın "Phone Arena"ya istinadən xəbərinə görə, böyük ehtimalla şirkət dizayn və texniki baxımdan "iPhone 6S"dən fərqlənməyən "iPhone 6SE"nin buraxılışı ilə kifayətlənəcək.
Tanınmış insayder Evan Blass isə proqnozlaşdırıb ki, "Apple" "iPhone 7" smartfonlarının satışına cümə günü - sentyabrın 16-da başlayacaq.
pia.az