Türkiyə klubu "Antalyaspor"da baş məşqçi istefası gerçəkləşib
PİA.AZ apasport.az-a istinadən məlumatına görə, Antalya klubunun çalışdırıcısı Leonardo vəzifəsindən ayrılıb.
Sentyabrın 28-də klubla 2 illik müqavilə imzalayan tanınmış mütəxəssis uğursuz nəticələrin ardından özü istefa ərizəsini yazaraq, rəhbərliyə təqdim edib. Braziliyalı "Antalyaspor"lu futbolçularla da artıq vidalaşıb.
Qeyd edək ki, Leonardonun rəhbərliyi altında "Antalyaspor" Superliqada 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət alıb.
pia.az