Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ankara Türkiyədəki rusiyalı diplomatları qorumağımıza icazə vermir”


Rusiya Xarici Kəşfiyyat Xidməti “Sipər” (“Заслон”) xüsusi dəstəsi Türkiyədəki rusiyalı diplomatları qoruya bilmir, çünki bunun üçün Türkiyə dövlətinin uyğun icazəsi lazımdır


Türkiyə hökuməti on ildən çoxdur ki, rusiyalı diplomatları bu ölkədə “Sipər” xüsusi dəstənin (Xarici Kəşfiyyat Xidmətinin özəl təhlükəsizlik Mərkəzinin 7-ci şöbəsi) qorumasına imkan vermir. 

Dəstənin əsas vəzifəsi səfirlik əməkdaşlarının təhlükəsizlik təminatıdır. “Sipər”in təkcə fiziki müdafiəni həyata keçirməyən, həm də operativ iş vərdişlərinə malik döyüşçüləri dünyanın bir çox ölkələrində işləyirlər. Türkiyə tərəfi yalnız RF-nin Türkiyə səfiri Andrey Karlovun ictimai şəkildə qətlə yetirilməsindən sonra tələm-tələsik diplomatlarımızın təhlükəsizliyinin təminatı üçün “Sipər” döyüşçülərinin gəlişi mümkünlüyünün müzakirəsinə girişib. “Rosbalt”ın müxbiri xüsusi bölmənin əməkdaşlarından biri ilə anonimlik şəraitində söhbət edib.

 Müsahibəni təqdim edirik.

-Deyin, Andrey Karlovu “Sipər”in döyüşçüləri qorusaydı, faciədən yayınmaq mümkün olardı?

-Bu durumda demək mümkündür ki, bizim uşaqlar Türkiyədə olacağı halda nə etmək olardı. Tam dəqiq şəkildə çıxış zamanı diplomatın arxasında heç bir adam ola bilməzdi. Onunla yanaşı mülki geyimli iki nəfər durar, zaldakı adamların davranışını müşahidə edər və gözləniməz durumda diplomatın qorunmasını həyata keçirərdi. Həmçinin mülki geyimli döyüşçülərimiz zalda da yerləşdirilərdi. Karliov şəhərdə də təkcə tapançalı deyil, həm də avtomatik silahlı “Sipər” döyüşçülərinin yerləşdiyi zirehli maşında hərəkət etməliydi. Təəssüf ki, Karlovun bu cür müdafiəsi yox idi. Özü də bu bizim günahımız deyil.

-Bəs xüsusən də son hadisələr nəzərə alınmaqla Türkiyədə “Sipər”in döyüşçüləri niyə yoxdur?

-Türkiyədəki səfirlik əməkdaşlarının ünvanına təhdidlər 10 ildən artıqdır ki, səslənir. Şimali Qafqazda vuruşmuş yaraqlılar bu müddətdə istirahət və müalicə üçün Türkiyədə olublar. Onlardan əsaslı təhlükə  qaynaqlanırdı. Sonra bunlara müxtəlif terrorçu və ekstremist təşkilatların təmsilçiləri və onlara rəğbət bəsləyənlər əlavə olunub. Hələ on ildn artıq bir vaxtda ilk dəfə məsələ qaldırılmışdı ki, Türkiyədəki diplomatları “Sipər”in döyüşçüləri qorumalıdır. Amma bunun üçün Türkiyə tərəfinin icazəsi lazımdır, bütün bu vaxtda isə bu icazəni verməyiblər.

-Belə çıxır ki, ümumiyyətlə, Karlovun hüç bir mühafizəsi olmayıb?

-Belə çıxır ki, bu cür olub. Bəzən mühafizəçi rolunu diplomatların sürcüləri yerinə yetirir, lakin 90 % hallarda bunlar heç bir hazırlıq keçməmiş, diplomatı ciddi təhlükədən qorumağı bacarmayan təsadüfi adamlardır.

-Bəs Rusiya diplomatlarını peşəkarların qorumamağı üçün Türkiyənin istəksizliyi üçün hansı səbəblərin adı çəkilib?

-“Sipər”in döyüşçüləri ölkəyə müxtəlif silah növləri, həm də texnika – zirehli maşınlardan tutmuş cürbəcür aparatlara qədər böyük cəbbəxana ilə gəlirlər. Döyüşçülər xidmətdə olarkən də şəhərdə silahla gəzirlər. Türkiyə tərəfi buna qarşı idi ki, onların ölkəsində Rusiyadan silahlı adamlar yerləşdirilsin. Lakin söhbət vəzifəsi istisnasız olaraq diplomatların təhlükəsizliyini təmin etməkdən ibarət olan az sayda döyüşçüdən gedirdi. Adətən, səfirlik işçiəri üçün təhlükələrin mövcud olduğu ölkələrlə bu cür problemlər yaranmır.

-“Sipər”in döyüşçüləri hazırda əksər ölkələrdə işləyirlər?

-Deyə bilmərəm ki, bu ölkələrin siyahısı çox da böyükdür, lıakin kifayət qədərdir. Məsələn, döyüşçülərimiz indi İraq, Suriya, Əfqanıstan, Liviya, Yəmən və bir sıra başqa dövlətlərədə xidmət edirlər.

–Karlovun öldürülməsindən sonra Türkiyə tərəfinin bu məsələ üzrə mövqeyi dəyişilib?

-Bildiyim qədər, “Sipər” döyüşçülərinin Türkiyəyə gəlişi haqda danışıqlar təcili şəkildə təzələnib. Gözləyirik ki, ən yaxın vaxtlarda uyğun əmr daxil olacaq.

-Səfirliyin bütün əməkdaşalrı mühafizə altında olur?

-Fiziki müdafiədən danışılsa, onda söhbət ancaq birinci simadan, diplomatdan, həmçinin səfirliyin sirr sahibi olan əməkdaşlarından gedir. Lakin “Sipər” döyüşçüləri səfirlik binasını, bitişik əraziləri, bəzən də səfirlik işçilərinin yaşayış yerlərini qoruyurlar. Bu, səfirlik əməkdaşları ilə insidentlərin meydana çıxması riskini xeyli azaltmağa imkan verir.
(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar