Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anarın kitablarını yandıraq! ” çağırışına sərt reaksiyalar

Musa Yaqub: “Əgər gənclər onun siyasətini bəyənmirsə... ”


Əkrəm Əylisli: “Bu, çox mənasız, heç kəsə lazım olmayan bir aksiyadır ”

Məlum olduğu kimi, bir neçə gün öncə bir qrup gənc sosial şəbəkələrdə yazıçı Anarın və Çingiz Abdullayevin kitablarının yandırılması ilə bağlı kampaniya başladıb. Səbəb isə fevralın 9-da keçirilən tədbirdə yazıçıların seçkidə YAP-ın namizədinə  dəstək verəcəyini bildirməsi olub.

Maraqlıdır ki, sosial şəbəkələrdə başladılan kampaniyada Azərbaycan Yazıçılar Birliyinin üzvləri də var. Yazıçı Anar artıq bu cür kampaniyanın başladılmasına reaksiya verib. O, gununsesi.info-ya açıqlamasında kitablarının yandırlmasını pis hərəkət kimi dəyərləndirib: “Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırırdı, sonu isə bəlli oldu”.

Yazıçı bu cür adamların cəmiyyətdə barmaqla sayılacaq qədər olduğunu deyib: “Bizi sevən, bizi oxuyan milyonlardır. Bir neçə nəfərin hansısa addım atması ictimaiyyətin mövqeyi demək deyil”.

Yazıçı Çingiz Abdullayev isə AzadlıqRadiosuna müsahibə verərək olaya bu cür mövqe bildirib: “Birincisi, mən prezidenti 30 ildən çoxdur tanıyıram. İkincisi də, mən üç dəfə onun vəkili olmuşam. Bəs mən kimin tərəfində olmalıyam? Məni qınayanlar başa düşmürlər ki, üç dəfə seçkilərdə onun vəkili olmuşam. O, dəfələrlə deyib ki, mənim kitablarımı bəyənib, oxuyub. Bundan başqa, mən fikirləşirəm ki, doğrudan da bu namizədlərin arasında ən yaxşısı budur. Ona görə də mən ona səs verməyə çağırmışam, vəssalam... Orada ziyalılar yığışmışdılar. Öz mövqelərini çatdırırdılar. Amma təəssüflər olsun ki, bəzi jurnalistlər tarixi bilmirlər, görünür, bu bizim də nöqsanımızdır. 1993-cü ildə səkkiz adam o dövrkü prezident Əbülfəz Elçibəyin yanına, onun evinə getmişdilər. Həmin adamlar qəti şəkildə narazılıqlarını çatdırdılar. Rəhmətliklər Tofiq Quliyev, Vasif Adıgözəlov, Maqsud İbrahimbəyov və indi yaşayan Anar, Fərhad Xəlilov, Fərhad Bədəlbəyli, Rüstəm İbrahimbəyov və Çingiz Abdullayev - səkkiz adam gedib orda bütün narazılıqlarımızı dedik. 18 məsələ idi. O da yazırdı. Yəni biz ziyalılar hakimiyyəti həmişə dəstəkləmirik. Biz nədənsə razı deyiliksə, sözümüzü deyirik...”

Sabiq millət Gültəkin Hacıbəyli isə kitab yandırmağı vandalizm adlandırıb.

Jurnalist Ramin Deko: “Anarın kitablarını yandıraq” - nə demək? Bu nə düşüncə? Anarın mövqeyi xoşunuza gəlmir etiraz edin, kitablarını oxumayın, əsərlərini tənqid edin. Kitab yandırmaq - bu ancaq orta əsrlər təfəkkürü ilə yaşayanlara xas xüsusiyyətdi.

Anar əvvəlcə “Dantenin yubileyi”ni yazdı, sonra “Yaxşı padşahın nağılı”nı qələmə aldı. Bütün hallarda yazdı, ortaya bir əsər çıxartdı, onu sevməyənlərdən, söyənlərdən, hətta ondan fərqli mövqe qoymayanlardan önə çıxaraq ortalığa ciddi kitablar ərsəyə gətirdi. Məsələ anarlar deyil, olmamalıdı. Məddahlıq hər zaman olub, yenə də olacaq".

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı xalq şairi Musa Yaqubun fikirlərini öyrənib. Musa Yaqub kitabların yandırılması kampaniyasını tənqid edib: “Mən şəxsən yazıçının həmkarını ittiham etməsinin tərəfdarı deyiləm. İnsan öz yazıçısını boykot etməz, kitabını yandırmaz. Kitab təkcə yazıçının deyil, həm də balalarımızındır. Anar bizim gözəl yazıçımızdır. Olmaz! Gənclər nahaq yerə bu cür iş tutur. Əgər gənclər onun siyasətini bəyənmirsə, məhz ona qarşı mübarizə aparsınlar, əsərləri ilə nə işləri var?”

Bir neçə il öncə kitabları kütləvi şəkildə yandırılan yazıçı Əkrəm Əylisli isə danışaraq olaya bu cür reaksiya verib: “Mənə elə gəlir ki, bu çox mənasız, heç kəsə lazım olmayan bir aksiyadır. Mən belə şeyləri öz ətrafımda görmüşəm. Çox təəssüf ki, onlar mənimlə bağlı olan olayda məni müdafiə etmədilər. Kitab yandırmaq bütün hallarda pis hadisədir. Kitabın nədən bəhs etməsi, nə üçün yazılması heç vaxt onun yandırılmasına haqq qazandıra bilməz. Bunlar ya bekarçılıqdan, ya da mənəvi boşluqdan yaranır.

Ümumiyyətlə, həmin yazarların bir mövqeyi var, onlar hakimiyyətə gələn hər kəsi dəstəkləyir. Bu bir faktdır. Məsələn, Anar bu günə qədər 4 hakimiyyətin içərisindən keçə bilib. İndi bu onun qəhrəmanlığıdır, ağıllılığıdır, hər nədir, özü bilər, amma o, həmişə 4-5 dəfə hakimiyyət dəyişsə də yerində qala bilir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar