Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ananı öldürmək istəyəni necə bağışlayırsan?” - Video


İlhamə Quliyevanın oğluna ağır ittiham


“Orxanla dostluq etdiyim vaxtlarda iş yerimə gəlib-gedirdi. İşçilər deyirdi ki, ondan uzaq dur. Deyirdim ki, onda mənim görmədiyim nə var ki? Orxan mənə 75 min, Firuzə xanıma isə bir qədər borcludur. Orxan deyir ki, onu tanımamışam. Düz deyir, ona yaxşılıq edəni tanımayıb”.

Axşam.az-ın məlumatına görə, bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun dostu Vüqar Bəkirov deyib.

Lent.az-ın canlı yayımında qonaq olan, həbsdən yeni çıxan Vüqar O.Nadirovla bağlı qalmaqallı açıqlamalar verib. O bildirib ki, Orxan onun pullarını mənimsəyib və qaytarmır:

“Orxan və onun Orxan Xəlilov adlı dostu başıma oyun açır, məni hədələyir. Ortada nələr varsa, hamısını açıqlayacam. Məni saldığı durum, hansı vəzifəli şəxsin adından məndən aldığı pulları, hər şeyi açıqlayacam. Bütün bunların səsyazısı varımdı. Mənim telefonumu oğurlayır ki, səsyazılarını itirsinlər. Amma onları başqa şəxsə vermişəm, məhkəməyə təqdim olunacaq. Mən qisas almıram. Orxan deyir ki, “Vüqar məndən qisas alır deyə, haqqımda yalan açıqlamalar verir. Onu bağışlayıram”. Sonrada deyir ki, "Vüqar anamı öldürməyə cəhd etdi". İndi anasını öldürmək istəyən birini necə bağışlayır? Bütün addımlarımı qanun çərçivəsində atacam. Burdan Orxana səslənirəm, mən artıq həmin Vüqar deyiləm. Mənim də, Firuzə xanımın da pulunu qaytaracaqsan. Sən və dostun Orxanın hazırda məhkəmədə işləri var, başqa birinə 60 min verməlisiniz”.

V.Bəkirov bezdiyini və intihar etmək həddinə gəldiyini söyləyib:

“Həyatımdan bezmişəm. Məni təhdid edirlər, evimə gəlib qapımı tanımadığım adam döyür, nömrəmi istəyirlər. Bir gün görəcəksiniz ki, Daxili İşlər Nazirliyinin qarşısında özümü yandırdım. İnsana bu qədər təzyiq etmək olmaz. Sənin arxanda duran kimdir? Dostu Orxan Xəlilov vəzifəli birinin qohumudur. Hazırda heç bir münasibətim yoxdur, ola da bilməz. Orxanın dələduzluğu ilə bağlı İlhamə xanıma sağlığında demişdim. O vaxt Türkiyədə idi. Zəng edib hər şeyi dedim. Arada bir müddət keçəndən sonra köməkçisi Mehriban Hüseynova yığdı ki, hər problemi mənimlə həll et. Mehribanla görüşdük, gördüm ki, fikri başqadır, Orxanın həbs olunmağını istəyir, İlhamə xanımdan gileylənir. Mən onun da danışıqlarını qeyd etmişəm. Sonra İlhamə xanıma bunları izah etdim, hər şeyə qulaq asdı. İndi deyirlər, “İlhamə xanımın köməkçisini həbs etdirən oğlan”. Mən heç kimi həbs etdirmədim, borcumu yerinə yetirdim, düzünü dedim”.

Vüqar İ. Quliyevanın ölümünün də müəmmalı olduğunu deyib:

“4 ay onun yanında olmuşam, hər şeydən müalicə alıb. Onun ölümü də müəmmalıdır. Deyirlər, trompdan dünyasını dəyişib. İlhamə xanım müalicə alanda elə problemi yox idi. Trompun yaranması üçün illər lazımdır, qəfildən necə oldu? Qohumları elə bil onun ölməyini gözləyirdi ki, miras davasına başlasın. İlhamə xanımın var-dövlətini kimə vəsiyyət etdiyinin məndə faktı var. O, anası Tükəzban xanımdan qalan evini və bəzi qızıllarını nəvəsinə verib. Mənim bu məsələdə heç bir xeyrim yoxdur. Əgər mən nəsə güdsəydim, İlhamə xanım Orxanın borcuna görə mənə torpaq sahəsini vermişdi, götürmədim. İlhamə Quliyeva ayağından əziyyət çəkib, halı pis olanda heç kim ona yaxın durmurdu. Mən onu aparıb, iynə vurdurdum. İlhamə xanım Orxanı və onun xanımını evinə buraxmırdı”.

Xatırladaq ki, V.Bəkirov mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İ.Quliyevanın keçmiş köməkçisi Hüseynova Mehriban Bəylər qızı barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.

İttiham aktına əsasən, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Hər iki şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra V.Bəkirov barəsində cinayət işi başlanılıb.

O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. Yasamal Rayon Məhkəməsinin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda Vüqar azadlığa çıxıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar