Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anam az qala əlimizdən getmişdi” - Fədayənin bacısı

Hazırda həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda baş verən hadisələrə münasibət bildirib


Axşam.az-ın məlumatına görə, sənətçi Zaur Baxşəliyevin “Bizimləsən” verilişinə zəng edərək bacısının həbsi ilə bağlı sualları cavablandırıb. O bildirib ki, hazırda istintaq gedir:

“Bacımın vəziyyətini bilirisiniz. İstintaq gedir. Günahı varsa, cəzasını çəkəcək, günahı yoxdursa, oradan çıxacaq. Başımıza heç vaxt belə iş gəlməmişdi”.

İ.Fəda Fədayənin bir neçə gün əvvəl yayılan ölüm xəbərinə əsəbiləşdiyini deyib:

“Anam az qala əlimizdən getmişdi. Allah belə bir olayı heç kimin başına gətirməsin. Həmin gecəni biz necə keçirdik Allah bilir. Bilirəm ki, bacım o qədər zəif insan deyil. Zəif qəlbi olanın o boyda sənəti ola bilər? Deyirlər, ürək çatışmazlığından dünyasını dəyişib. Onun özü boyda ürəyi var. Fədayənin həbs olunması xəbərindən bəzi saytlar pul qazanırlar, reytinq yığırlar. Fədayəni reklam edirlər.

Əslində həmin saytları məhkəməyə verə bilərəm. Amma inanın ki, bizim ailənin polislə işi olmayıb. Biz adi sıradan insanıq, sadəcə istedadımız var. Kim nə yazır yazsın. Bacımı tanıyıram, ciyərini bilirəm. Bacım sənətkardır, bunu bütün xalq da bilir. Sağdır ki, onun haqqında bu qədər danışırlar. Əllərini vicdanlarının üstünə qoysunlar, əgər varsa”.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
 
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayə "Qoca" ilə sevgili olub. "Qoca" polislə atışma zamanı dünyasını dəyişib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar