Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə…”

Deputat Mirşahinin müdafiəsinə qalxdı


"Mir Şahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır".

Bu sözləri deputat Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz:

"Məlum ifadəsinə gəldikdə isə, bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyi mənada anlamaqda nə çətinlik var? Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə, anadan, bacıdan başlayıb adamın şəxsiyyətini təhqir edirsə, hətta Mir Şahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz? Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki? Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır?

Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsiniz tənqid edin, bu tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə deyirsiniz cavab da verilməsin?".

Sonda deputat "Real TV"yə arzusunu çatdırıb: "Mir Şahinə yeni və dar nəfəslikdə mümkün qədər ekoloji təmiz söz havası arzulayıram".(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar