Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amnesty İnternational”ın verdiyi rəyin bizim üçün əhəmiyyəti yoxdur”


“Ümumilikdə bu çür təşkilatların hamısı qeyri - qanuni olaraq başqa ölkələrin daxili işinə qarışır”


Siyavuş Novruzov: “Mətbuat  qeyri -qanuni  yollara  əl  atmasın,  vətəndaşın  şərəf  və  ləyaqətini  təhqir  etməsin”.  

Bildiyimiz kimi «Amnesty International» təşkilatı dünən “AzadlıqRadiosu”nun əməkdaşı Xədicə İsmayılı vicdan məhbusu elan edib. PİA.AZ-ın  əməkdaşı  bununla bağlı YAP İcra Aparatının sədr müavini, millət vəkili Siyavuş Novruzovun fikirlərini öyrənib.

PİA.AZ-a açıqlamasında hakim partiyanın rəsmisi bildirib ki, “Amnesty  İnternational” ın işi onu-bunu vicdan məhbusu elan etməkdir:

“Mən  deyərdim  ki, “Amnesty  İnternational”  hüquq  müdafiə  təşkilatının  işi  onu-bunu vicdan  məhbusu  elan  etməkdir. Ümumilikdə  bu  çür  təşkilatların  hamısı  qeyri - qanuni  olaraq  başqa  ölkələrin  daxili  işinə  qarışır. Onlar elə hesab edirlər hər bir həbs olunan jurnalistin həbs motivi siyasəsidir. Bu isə absurddur. Bu  baxımdan  onların  verdiyi  bəyanat  və  yaxud  rəylərin  bizim  üçün  əhəmiyyəti yoxdur”.

Həmçinin millət vəkili PİA.AZ-a verdiyi açıqlamada dünən Milli Məclisin KİV haqqında qanunda etdiyi dəyişiklikləri də dəyərləndirib:

“Dünən  Milli  Məclisdə  qəbul  olunan  KİV  haqqında  qanunu  normal  dəyərdirirəm. Bu  dəyişikliklərə  əsasən,  həm  mətbu orqanların xaricdən maliyələşəməsinə  qadağan  qoyulub, həm də bir  qəzetin  adı  başqa  adlarnan  dəyişiklik  etməklə  istifadə  oluna bilməz. Qanunun  başqa  müddiasına  görə mətbuat  orqanı  iki  dəfədən  artıq  qanunu  pozarsa qəzetin  bağlanması  üçün  məhkəməyə  müraciət etmək  hüququ  əldə  olunur. Bu  isə  söz azadılğının  məhdudlaşdırılması  deyil və  ümumiyyətlə  mətbuata qarşı qadağalar qoyulmasından söz  gedə  bilməz. 

Əksinə  bu  düzəliş  mətbuatı  düz  yola  yönəldəcək, qanunlara  riayət  edib, qanunlarla  fəaliyyət  göstərməsini  tənzimliyəcək. Bu qanunda ona görə dəyişiklik olunub ki, mətbuat  qeyri -qanuni  yollara  əl  atmasın,  vətəndaşın  şərəf  və  ləyaqətini  təhqir  etməsinvə obyektiv olsun”.  

Nərminə 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar