Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amnesty International”in hesabatında Azərbaycan tənqid hədəfində


Beynəlxalq hüquq müdafiə təşkilatının 159 ölkədə insan haqlarının durumu ilə bağlı hesabatında dünya liderləri ilə bağlı ciddi tənqidlər var


Beynəlxalq hüquq müdafiə təşkilatı olan “Amnesty International” fevralın 22-də 159 ölkədə insan haqlarının durumu ilə bağlı hesabatını açıqlayıb.

 Hesabat təkcə Azərbaycanda deyil, dünyada ciddi gündəm olub. Buna səbəb də sənəddə insan haqları ilə yanaşı, dünya siyasətçiləri ilə bağlı tənqidi fikirlərin yer almasıdır.


Sənəd müəllifləri bu il durumun özəlliklə ciddi olduğunu bildirir, siyasətçilərin “biz və onlar” ritorikasının hər yerdə, o cümlədən AvropaABŞ-da xoşagəlməz nəticələr verdiyini, insan haqlarına qarşı qlobal gücün yarandığını, dünyanın qəddarlıq qarşısında zəiflədiyini vurğulayırlar.


“2016-cı ilin çıxışlarında... ittiham, nifrət və qorxu 1930-cu illərdən bəri ən yüksək həddə çatıb”, - bunu “Amnesty İnternational”ın baş katibi Salil Shetty söyləyir. Onun sözlərinə görə, bugünkü siyasətçilərin çoxu səsləri qazanmaqdan ötrü manipulyasiyaya əl atır, şəxsiyyətlərini önə çəkirlər: “Qorxu yaratmaq bütün dünyada təhlükəli tendensiyaya çevrilib. İstər Trump, istər Orban, Ərdoğan, istərsə də Duterte -günü-gündən daha çox siyasətçi bünövrələrə qarşı çıxır, zəhərli silahından məharətlə yararlanaraq bütöv qrupları təqib, ya da qapazaltı edir, insanların ləyaqətini alçaldırlar”.


“2016-cı il dünyanın müharibə cinayətlərinə göz yummasıyla, qaçqınların sığınacaq əldə etmək haqqını əlindən alan razılaşmalarla yadda qaldı. İnsanları ifadə azadlığından məhrum edən qanunlar qəbul edildi, kimlərsə yalnız narkotikdən istifadəyə görə edam olundu, bəzi ölkələrdə işgəncə və kütləvi nəzarətlərə bəraət qazandırdılar, bəzilərində polisin səlahiyyətləri artırıldı...”. “Amnesty İnternational”ın builki hesabatında dünya belə təsvir olunur.


Hesabatın Azərbaycanla bağlı hissəsi əvvəlkilərdən fərqlənmir. Yəni sənəddə müxalifətçi fəalların, insan haqları təşkilatlarının və müstəqil mətbuatın repressiyaya məruz qaldığı, təşkilatların çoxunun fəaliyyətini dayandırmalı olduğu, beynəlxalq qurumların müşahidəçilərinin isə ölkəyə buraxılmadığı qeyd edilir.


İqtidaryönlü deputat Fəzail Ağamalı hesab edir ki, dünya siyasi və dini nöqteyi-nəzərdən xeyli radikallaşıb: “Qərbin təcavüzünə müqavimət göstərən müsəlman dünyasının yetərincə qütbləşən qüvvələri var. Onlardan öz millətinə, dövlətinə sadiq olanlar dövlətçiliklərini qoruyub saxlamaq üçün çarpışırlar. Lakin bununla belə, yaranmış situasiyadan istifadə etməyə çalışan dünyanın güc mərkəzləri, regionda marağı olan qüvvələr imkanları hesabına təsir vasitələrini həyata keçirməyə çalışırlar. İŞİD kimi terror təşkilatları yaradırlar, nəticədə dünyada radikal siyasət sistemi formalaşır. Hazırda Avropada İslama qarşı qarşısıalınmaz radikal mövqe mövcuddur. Dünya siyasətçiləri də bu cəmiyyətin daşıyıcılarıdır. Tramp kimi siyasətçi daha çox Amerikanın maraqlarını ifadə edən mövqe ortaya qoyur. Ərdoğan da eyni şəkildə siyasətini yürüdür. Bu da millətçilik fikirləri kimi səsləndirilir. NATO-nun Türkiyə sərhədlərinə doğru irəliləməsi, öz qüvvələrini orada yerləşdirməsi və Rusiyanı təhdid etməsi, nəticə etibarı ilə ruslar arasında millətçilik meyllərinin artmasına səbəb olur. Bu da siyasi hakimiyyətdə özünü büruzə verir. Hökumət də xalqın sosial sifarişi kimi bu çağırışa cavab verməlidir, yaxud da siyasi hakimiyyətdən getməlidir. Çox zaman cəmiyyətin sosial çağırışlarına qoşulurlar. Mövcud situasiyaya müxtəlif mövqedən yanaşanlar var. Bunları yanlış siyasətin davamı kimi qiymətləndirirəm. Amerikanın vaxtilə SSRİ-nin tərkibində olan ölkələri təsir dairəsinə salmaq cəhdləri, bunun üçün aparılan siyasət və bəzi ölkələrdə dövlətçiliyə vurulan zərbələr dünyada bugünkü radikallığın artmasına səbəb oldu və hər bir ölkəyə müəyyən mənada sıçradı. Hər biri sadəcə öz varlığını qoruyub saxlamağa çalışır. Xalqlar da dövlətlə bərabər çarpışırlar. Bu prosesin nə vaxta qədər davam edəcəyini söyləmək çox çətindir. Çünki cəmiyyətlər və dünya son dərəcə radikallaşıb. Avropada islamfobiya var, Avropada İslama qarşı dərin nifrət formalaşmaqdadır. Bunun da effekti müsəlman dünyasında özünü büruzə verir. Bu ifadə də həmin dövlətlərə ciddi zərbə vurur”.


Deputat təşkilatın Azərbaycanla bağlı hesabatından da söz açdı: “Onların ölkəmizlə bağlı fikirləri ənənəvidir. Bu, artıq Azərbaycan və dünyada təsir gücündə deyil. Burada həqiqətlər yoxdur. Azərbaycana qarşı açıq qərəz var. Ölkəmizə qarşı hazırlanmış ssenarinin elementləri də görünür. Bu cür yalanlar Azərbaycanda ironiya doğurur. Artıq təkcə Azərbaycan deyil, dünya miqyasında bu cür fikirlərə reaksiyalar da verilmir. Bir tərəfdə bu cür qərəzli hesabat, digər tərəfdə isə günlər öncə ölkə prezidentinin Münhen konfransında dünyaya səs salacaq çıxışları, bəyanatları var”.



ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, qlobal iqtisadi böhran mənəvi böhrana transfer olanda siyasətçilərin də baxışlarında böhran yaranır: “Bu gün Tramp, Ərdoğan və digər dünya siyasətçilərinin ritorikasında olan dəyişikliklər böhranla bağlıdır. Hər kəs öz canını böhrandan qurtarmaq istəyir. Türkiyəni parçalamaq istəyirlər, bu ölkəyə qarşı terror təşkilatları yaradıblar. Ərdoğanın şəxsən özünü öldürmək, dövlət çevrilişi etmək istədilər. Belə bir kin-nifrətə, düşmənçiliyə məruz qalmış liderdən siz nə gözləyirsiniz? Eyni zamanda Tramp. Onun hakimiyyətə gəlməsinə qarşı Avropada elə qəribə kampaniya aparılırdı ki, hamıya məlumdur. Bunun qarşılığında Trampın ritorikasında nifrət toya getməlidir. Bütün Avropa liderləri Hillari Klintona dəstək verdilər. Bu gün dünya liderlərinin ritorikası üçüncü dünya müharibəsinin ola biləcəyinə işarə edir. Çünki eyni proseslər İkinci Dünya müharibəsindən əvvəl gedirdi. Bütün bunlar obyektiv səbəblərdən doğur”.


S.Cəlaloğlu “Amnesty İnternational”in hesabatının doğruluğundan da danışdı: “Azərbaycanda hüquqda nöqsan yoxdur, hüququn özü yoxdur. Yəni hüququn həyata keçirilməsində verilən nöqsanlar tamam başqa şeydir. Azərbaycanda hüquqların pozulması ilə bağlı fikirlər, açığı, məsələyə səthi yanaşmadır. Burada hüquq işləmir. Digər baş verənlər bundan asılıdır. Konkret hansısa bir siyasi məhbusun adının çəkilməsi, sadəcə, nümunə kimi göstərilir. Müstəqil məhkəmə yoxdursa, hətta Avropa Məhkəməsinin qərarları icra olunmursa, 10 mindən çox məhkəmə qərarı icra edilmirsə, bunlar onu göstərir ki, bu ölkədə qanun işləmir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar