Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerika heç vaxt İsraili İranın ayağına verməyəcək” - Yəhudi deputat

İrana qarşı sanskiyaların aradan qaldırılması, İran neftinin dünya bazarına çıxarılması bütün diqqətləri bu ölkəyə çəkib


Eyni zamanda Avropa və Amerika tərəfindən belə bir addımın atılması bu dövlətlərin İranla yaxınlaşması kimi qiymətləndirilməklə yanaşı, İsrailin proseslərdən kənarda qalması kimi də dəyərləndirilir.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, İrana qarşı sanksiyaların götürülüb-götürülməməsi Avropa və Amerikanın regionda apardığı siyasətlə uyğunlaşır.  

O qeyd edib ki, İsrailin bu məsələyə qətiyyən mövqeyi lazım deyil və tələb olunmur.   “Çünki İsraillə İran arasında münasibətlər bütün dünyaya məlumdur. Bu ölkə İsrailə qarşı aqressiv mövqe tutub. İranın keçmiş prezidenti Əhməd Nejat vaxtı ilə demişdi ki, İsraili xəritədən silmək vaxtıdır və ya dünyada Xolokost adlı bir hadisə olmayıb. Belə bir xarici siyasət doktiranası tutan ölkə ilə İsrail maraqlanar? Xeyir.  

Ona görə sanksiyaların İrandan götürülüb-götürülməməsi İsraili maraqlandırmır və bu məsələlərin heç mərkəzində də deyil”.   Y.Abramov bildirib ki, Amerikanın siyasətində əbədi maraqlar var. Ona görə Avropa və Amerika İrana qarşı lazım gələndə əzələ nümayiş etdirir, lazım gələndə yumşaq, liberal münasibət bəsləyir.  

“İsrail bölgədə neytral siyasət yeridir. Bu məsələlərdə İranın qabağa gedib İsrailin unudulması haqqında fikirlər yanlışdır. Amerika öz işini yaxşı bilir. İsrailin 6 min illik tarixi var. Avropa İran münasibətləri düzələrsə, bölgədə böyük tarazlıq yaranır. İsrail öz siyasətini elə qurub ki, dünyanın əksər ölkələri onu sevir və hörmət edir. Amerika heç vaxt onu tək qoyan və İranın İranın ayağına verən deyil”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar