Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerika Əfqanıstanın 70%-ə ələ keçirən “Taliban”la danışıqlara məhkumdur”

ABŞ və KXDR arasında qarşıdakı danışıqlar, habelə başqa beynəlxalq aktual problemlər fonunda Əfqanıstan münaqişəsi ikinci plana keçib


 Görünür, bədbəxtlikdən, Əfqanıstandakı durum getdikcə daha da qəlizləşir.

BMT məlumatına əsasən, 2018-in I rübündə 750-dən çox mülki şəxs öldürülüb, demək olar, daha 1500 nəfər yaralanıb. “Taliban” və İŞİD döyüşçülərinin  Kabulda çoxsaylı hücumları baş verib. Əfqanıstan hadisələrini işıqlandıran bir neçə jurnalist 2018-ci il aprelin  sonunda  teraktlar nəticəsində həlak olub. Jurnalistlərə bu hücum son 10 ildə ən qanlı həmlə olub.

Döyüşçülər “Taliban”ın yaz hücumları başlandığı andan bir neçə rayon mərkəzini nəzarətə götürməyə nail olublar, onlarla Əfqanıstan polisi və əsgəri öldürülüb. Ən böyük hücumlardan biri taliblərin 2018-ci ilin mayında qərb əyaləti Fərəhdə basqını olub, nəticədə döyüşçülər inzibati mərkəz üzərində müvəqqəti nəzarət təşkil edə biliblər. Zorakılıq gurultusu və Əfqanıstan hökumətinin taktiki uğursuzluqlarının döyüşçülərin mövsümi həmlələri ilə eynizamanlı olduğuna baxmayaraq, özəl diqqət yetirilməsinə dəyən bir neçə təşvişli əlamətlər var.

Əfqanıstanın bərpası üzrə özəl baş müfəttişin (SIGAR) ofisində bu günlərdə bildiriblər ki, 2017-ci ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinin sayı, təxminən, 20 min nəfər azalıb. SIGAR-da habelə kədərli nəticəyə gəliblər ki, Əfqanıstanın döyüşçülərdən alınmış  rayonlarının sabitləşdirilməsi üzrə proqram çərçivəsində xərclənən, demək olar, beş milyard dolların böyük hissəsi havayı sərf olunub. Əfqanıstan qoşunlarının sayca azalması durumu üstəlik gərginləşdirir. Əfqanıstan ordusunun döyüş potensialının möhkəmlənməsinə yönəlik səylər ABŞ-ın Əfqanıstanda son bir neçə ildəki əhatəli strategiyasının əsas qismi idi. ABŞ prezidenti Donald Tramp özünün 2017-ci ildə səsləndirilən Əfqanıstan strategiyasında Əfqanıstan hərbçilərinin işinin yaxşılaşdırılmasının gərəkdiyini yalnız təkrar edib.

KİV-lərin ABŞ və Əfqanıstan rəsmilərinə isnadən “Taliban” döyüşçülərinin sayının indiki anda 60 min nəfərə çatdığı haqda bu günlərdəki məlumatı da təşviş doğurur – bu, cəmi dörd il qabaq səsləndirilən məlumatdan (20 min) köklü şəkildə fərqlənir. Döyüşçülərin dəqiq sayını əldə etməyin yetərincə çətin olduğuna baxmayaraq, tendensiya qorxu doğurur.

SIGAR-ın dəyərləndirməsinə əsasən, Kabul ölkə əhalisinin  65%-ə qədərinə nəzarət edir. BBC əməkdaşları özlərinin hərtərəfli analizini aparıb və qənaətə gəliblər ki, “Taliban” döyüşçüləri indiki vaxtda ölkə ərazisinin 70%-də açıq fəaliyyət göstərirlər. Hansı hesabatın daha dəqiq olduğundan asılı olmayaraq Əfqanıstan hökuməti üçün olduqca kədərli mənzərə biçimlənir.

Nəhayət, təhlükəsizlik sahəsində mürəkkəb durum və davam edən çıxılmaz siyasi vəziyyət Əfqanıstan iqtisadiyyatına ziyan vurur. Proqnozlara əsasən, 2018-ci ildə ÜDM artımı cəmi 2,5% təşkil edəcək. Bu bildirir ki, Kabul görünən gələcəkdə öz müdafiəsinə əlavə vəsait yönəldə bilməyəcək. Əfqanıstan hökuməti indi özünün müdafiə büdcəsinin 10%-dən azını təmin edə bilir.

Vaşinqton bu fonda yaranan durumu aradan qaldırmaq üçün bir sıra addımlar atmalıdır.

Birincisi, Əfqanıstan prezidenti Əşrəf  Hani “Taliban”la ilkin şərtlərsiz danışıqlara hazır olduğunu ifadə edib və “Taliban” Əfqanıstan rəsmilərinə ABŞ-ın oyuncaqları kimi yanaşmaqla onlarla birbaşa danışıqlardan imtina etsə də, hər halda döyüşçülər daha geniş dialoqda iştirak edə bilərdilər. ABŞ diplomatları təxmin edə bilərdilər ki, ABŞ-ın uzunmüddətli hərbi iştirakının müzakirəsi yalnız Kabulun danışıqlar prosesində fəal iştirakı şərtilə gündəliyə daxil ola bilərdi.

İkincisi, Vaşinqton danışıqlar prosesini işə sala bilsə, Amerika diplomatları İŞİD döyüşçülərilə birgə mübarizə daxil olmaqla inamın möhkəmləndirilməsi üzrə bir neçə təklif irəli sürə bilərdilər. “Taliban” İŞİD-ə nifrət edir və bu dəstəni Əfqanıstan ərazisindən sıxışdırıb çıxarmaq istəyir. ABŞ və “Taliban”ın ümumi düşməni var.

Bu təkliflər gerçəkləşdirilməz görünə bilər, amma məgər hərbi əməliyyatların davam etdirilməsi, aviazərbələrin sayının artırılması, 45 milyard $ həcmində illik maliyyələşdirilmənin saxlanması və taliblərin hər halda silahı yerə qoyacaqlarına ümid daha effektli görünür – xüsusən də  cari tendensiyalar nəzərə alınmaqla?

Ola bilsin, Kabul və İslamabad arsındakı münasibətlərdə mülayimləşmə nəzərə alınsa, vuruşan tərəflər arasında danışıqların başlanması üçün uyğun vaxt çatıb. Danışıqları maksimal məqsədlər əldə etməkdən imtina ilə cüzi, qarşılıqlı şəkildə məqbul şərtlərdən başlamaq olar.

Maykl Dempsi

The Hill (ABŞ), 04.06.2018

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar